[img=right]uploads/resept/201209_Ev-toplama-ve-temizleme.jpg />Çox sadə görünən bu məsələ əslində çox dərin bir mövzudur. Hər gün yaşadığımız mühitlərin detalları gözmüzə çarpmır. İllər boyunca içində yaşadığımız bir evi əzbərə tanıyırıq. Məsələn düşünürük ki, masanın yeri oradır. Masa həqiqətən ordadır. Amma daha nə qədər orda qalacaq? Gəlin açıq danışaq. Hamımız evimizdə istifadə etmədiyimiz və istifadə etməyəcəyimiz nə qədər çox əşyanın olduğunu bilirik.

Nə vaxt aldığımızı və hansı alətin olduğunu çoxdan unutduğumuz adapterlər, uzadıcı kabellər, köhnəlmiş saç sancaqları, artıq geyilməyən paltarlar, son istifadə tarixi keçmiçş dərmanlar, qoxusunu itirmiş, lakin şüşəsi gözəldir deyə ata bilmədiyimiz ətirlər…

Bu siyahını çox uzatmaq olar. Hamımızın evində bu artıq əşyalar mövcuddur.

Onlara öyrəşdiyimiz üçün gözümüzə çarpmırlar. Amma bu artıq əşyalar evdə yığılmağa davam edir. Çoxaldıqca da mənfi nəticələrə gətirib çıxarırlar. Köhnələrdən azad ola bilmədiyimiz üçün, həyatımızda yeni yer aça bilmirik. Bir məsəl var, “köhnəsi olmayanın, təzəsi heç olmaz”. Bu məsələ ürəkdən etiraz edirəm. Sahib olduqlarımızın qiymətini bilmək və səliqəli stifadə etmək başqa bir şeydir, ömür boyunca onların əsiri olmaq isə başqa bir şey. Evlərimizi sadəcə istifadə elədiyimiz əşyalarla və istifadə etməyi sevdiyimiz əşyalarla bəzəsək, tez-tez havalandıraraq otaqlara oksigen girməsini təmin etsək, həm fiziki, həm də mənəvi cəhətdən çox sağlam olarıq. Ev təmizliyi təxirə salınmaz bir məsələdir. Evin təmizliyi, bədənin təmizliyi, vicdanın təmizliyi…

Evimizi yığışdırdıqdan sonra meydana gələn təmizlik hissi üçün çoxumuz darıxmışıq. Dağınıq daxıllar, dolu divar şkafları, neçənci illərdən qalma, dəbdən çıxmış paltarlar,  xoşagəlməz anları xatırladan şəkillər…bütün bunlar sizin üçün artıq yükdür. Hər gün özünüz də bilmədən bu yükləri daşıyırsız. Qırılmış və təmir olunmağı gözləyən heykəlciklər, şəkil çərçivələri sizin enerjinizi oğurlayır. Onları ya dərhal təmir etməlisiz, ya da onlardan canınızı qurtarmalısız. Uşağınızın körpəlikdə oynatdığı oyuncaqları saxlamaq heç də həssaslığın əlaməti deyil. Sadəcə gözəl keçmişlə, bizi nə gözlədiyindən xəbərimiz olmayan gələcəklə müqayisədir. Gəlin unutmayaq ki, qorxduğumuz başımıza gəlir. Odur ki, qorxmaq əvəzinə problemlərə sinə gəlmək daha doğru bir davranışdır. Yığa-yığa toz mənbəyinə çevridyimiz o artıq əşyalardan qurtulmağı qarşımıza məqsəd qoymalıyıq. Evinizdəki bütün əşyaları gözdən keçirin. Hansını neçə vaxtdır istifadə etmədiyinizi xatırlamağa çalışın. Xatırlamırsızsa, ya da çoxdandır istifadə etmədiyinizi düşünürsüzsə, dərhal onları ehtiyacı olan birinə verin. Beləcə həm onları sevindirmiş olarsız, həm də eviniz təmizlənər. Köhnə evlər vardır, qaranlıq və tutqun. Köhnəlik qoxusu saçarlar. Bunun səbəbi keçmişdən və keçmişə aid əşyalardan qurtulmamaqdır. Həyatımızı belə bir mənzərəyə çevirməyək.

Comments

comments