Ərzaqlar:

500 q mal ya da qoyun əti

500 q təmizlənmiş şabalıd

4 st düyü

4 x.q əridilmiş kərə yağı

1 st kişmiş

6-7 ədəd albuxara

6-7 ədəd qaysı

3 x.q alça turşusu

3-4 ədəd baş soğan

1 ç.q sarıkök ya da zəfəran

Duz

Istiot

Qazmaq üçün:

3 x.q qatıq

1 ədəd yumurta

Hazırlanması:

Əvvəlcə əti doğrayıb yuyuruq. Duzlu suda bişiririk. Qaynayan kimi kəfini yığırıq bişənə yaxın duzunu tökürük. Əgər cavan quzu ətindən bişirmək istəyirsinizsə onda suda bişirməyin.

Soğanın qabığını soyub 4 bölüb doğrayırıq.

Qaba töküb duz səpib əlimizlə əzib acı suyunu çıxarırıq. Əti, turşunu, duzu və istiotu əlavə edib yaxşı qarışdırırıq. Bir gün qabaqdan hazırlasanız ət turşunu özünə çəkib dadı gözəl olacaq.Alça turşusu əvəzinə zoğal, nar və albalı turşularından istifadə edə bilərsiniz. Amma onu da qeyd edim ki, hər bir meyvə turşusunun dadına görə plovun dadı fərqli olacaq.

Şabalıdı təmizləyirik. Bax: [url=http://resept.az/Sabalidin-temizlenmesi-2818.html]Şabalıdın təmizlənməsi[/url]

Kişmşi, qaysını və albuxaranı təmizləyib yuyuruq.Kişmiş ilə qaysını tavada yağ töküb bişiririk.

Adi qaydada duzlu suda düyünü yarıhazır bişirib süzürük. Üstünə sarıkök ya da dəmlənmiş zəfəran tökürük.

Qazana az yağ əlavə edib qızdırırıq.

Sonra düyüdən tökürük.Yumurta ilə qatığı qarışdırıb düyünün üstünə əlavə edirik. Yaxşı qarışdırıb 1 sm qalınlıqda yayırıq.

Düyüdən az töküb bir tərəfə əti yanına da şabalıdı tökürük. Şabalıda az duz səpirik. İstəsəniz şabalıd ilə ətin üstünə qab qoya bilərsiniz. Ya da təmiz tənzifə büküb də qoya bilərsiniz. Onda qara düyüyə qarışmır.

Düyüdən qalanı üstünə tökürük. Düyüdən az saxlayıb albuxaraları da düyünün içinə bir tərəfdən yığıb üstünə tökürük.Düyünün üstünə yağ töküb vam odda dəm almağa qoyuruq. Plov 1 saata dəm alacaq. Ət bişməmiş olsa, 2 saata dəm alacaq.

Düyünü təpəçik şəklində yığıb qaynar yağ töküb üstünü turşulu ət, şabalıd, kişmiş, albuxara , qaysı, qazmaq ilə bəzəyirik.

Nuş olsun!

Comments

comments