(Qubadlı mətbəxi)

Ərzaqlar:


4 st uzun düyü
1 ədəd toyuq
200 q zoğal və ya zoğal axtası
4-5 x.q əridilmiş kərə yağı
2-3 ədəd baş soğan
Zəfəran
Duz

Hazırlanması:

Düyünü yuyub ilıq suda islağa qoyuruq. Suyuna duz tökürük.
Soğanın qabığını soyub yuduqdan sonra nazik halqa doğrayırıq.

Üstünə duz səpib, əlimizlə əzib açı suyunu çıxarırıq.

Toyuğu təmizləyib yuyub ortadan kəsirik. Düzlayırıq. Zövqə görə istiot vura bilərsiniz.

Düyünü bişirmək üçün suyu qaynadırıq duzu əlavə edib düyünü yarıhazır vəziyyətdə bişirib süzürük.

Plovu dəmə qoyacağımız qazana az yağ töküb istidirik.

Süzülmüş düyüdən az töküb yayırıq.

Toyuğu qoyuruq.

Üstünə soğanı sıxıb tökürük və zoğalı əlavə edirik. (Zoğalla soğanı qarışdırıb tökə də bilərsiniz)


Qalan düyünü toyuğun üstünə tökürük.

Düyünün üstünə zəfəran ya da sarıkök və yağ töküb plovu vam odda dəm almağa qoyuruq. Arada yoxlamaq lazımdır ki, dibi tez yanmasın və toyuq bişsin.
Plovumuz 2 saata dəm alacaq.

Plov hazır olduqda düyünü qaba çəkib toyuğu ortaya qoyub yanını zoğalla bəzəyirik. Üstünə qaynar yağ töküb süfrəyə veririk.

Nuş olsun!

Comments

comments