Ərzaqlar:

2 kq ərik (tumu çıxarılmış)
2 st su
2 kq şəkər tozu

Hazırlanması:

Əriyi yuyub içindən tumunu çıxardırıq. Mən çəyirdəyini limon götürən çəngəl ilə çıxartdım. Üzündə olan balaca qaraları bıçaqla alırıq.

Qazın üstündə mürəbbəni bişirəcəyimiz qaba şəkər tozunu və suyu töküb əridirik.

Əriyən kimi ərikləri töküb qarışdırırıq.

Asta –asta qarışdırıb qaynamağa başlamasını gözləyirik. Elə ki, ağ köpük çıxmağa başlayır mürəbbəni götürüb yana qoyuruq.

Tamam soyuduqdan sonra yenidən ocağa qoyuruq.

Yenə qarışdıra qarışdıra baxırıq ki, qaynamağa başlayıb kəfi çıxanda bir az götürüb yenidən mürəbbəni ocaqdan alırıq.
Yenə tamam soyuyur. Sonra yenidən ocağa qoyub bişiririk.

Kəfi çıxdıqca yığırıq.

Qarışdıra-qarışdıra baxırıq suyu qatılaşmaq istəyəndə götürürük.

Ocaqdan alandan sonra üzündə olan kəfləri də tamam yığırıq.
Tamam soyuduqdan sonra bankalara yığıb götürürük.

Nuş olsun!

Comments

comments