ƏRZAQLAR.
2 yumurta
1 st şəkər tozu
1 x.q maya
1 st süd
1 st qatıq
1 st duru yağ
1 p vanil
7-8 st un
Hazirlanmasi:
Öncədən 1 x.q mayanı  1 ç.q şəkər tozu və çox isti olmayan su ilə 1 stəkanda qarışdırıb isti yerə qoyuruq ki, köpsün
2 yumurta
1st şəkər tozu mikserle çalınır
Üzərinə 1 st sud , 1 st qatiq ve 1 st duru yağ əlavə olunur ve qaşıqla qarışdırılır.
Üzərinə hemin köpmüş olan mayanı əlavə edirik,1 p vanili də əlavə edirik.
sonda üzərinə 7-8 st unu əlavə edib xəmiri yoğururuq. Xəmiri acımağa qoyuruq .
Xəmir gəldikdən sonra götürüb müxtəlif formalar veririk və yarım saat kündəyə qoyuruq.
Qeyd; içlərinə cem , şokolad və başqa içliklər qoya bilərsiniz. Mən yumru olanların içinə plitka şokolad qoymuşam , siz də öz zövqünüzə uyğun istədiyiniz içiyi qoya bilərsiniz.
Qeyd: men bu şəkildə üzərinə yumurta vurmamişam . Sizdə belə qızarmağını istəyirsinizsə 1.5 Litr suyu qaynamag qoyuruq qaynadığı zaman ona 1.5 x.q soda əlavə edirik və hazırladığımız bulkaları qaynayan suya 3-3 atırıq. 5 saniyə saxlayıb kəfkirlə götürürük. Sonra sobanın tavasına düzürük və zövqə görə üzərinə küncüt və ya çörək otu əlavə edib bişməyə qoyuruq. 180 dərəcədə bişirilir.

Nuş olsun

Hazırladı Aygül Əliyeva

Comments

comments