Azərbaycanın milli xörəklərindən biridir.

Ərzaqlar:

250-300 q çəkilmiş qoyun əti

1 baş soğan

1/3 ç.q sarıkök

1 x.q nanə qurusu (ya da təzə keşniş)

Duz

Istiot

3-3,5 l su ya da ət suyu

Xəmir üçün:

2 st un

1/3 ç.q duz

1 ədəd yumurta

1/2 st ilıq su

Yuxanı yaymaq üçün əlavə 2-3 x.q un

Hazırlanması:

Soğanın qabığını soyub yuduqdan sonra ət maşınından ətlə bərabər keçiririk. Ətə duz, istiot və sarıkök vurub yaxşı qarışdırırıq.

Ələnmiş una yumurta, duz və ilıq suyu töküb normal xəmir yoğururuq.

Xəmirdən iki kündə düzəldirik.

Kündənin birini götürüb az un səpib nazik yuxa yayırıq.

Yuxanı 2×2 sm enində kəsirik.

Hər balaca kvadrata az ət qoyuruq.

Birini əlimizə alıb kvadratı uç-uca sonra isə yanlarını birləşdiririk.

Bu şəkildə iki yuxanın ikisini də yayıb kəsib bükürük. Düşbərələri bükdükdə zövqə görə un vura bilərsiniz. Un vurduqda suyu bulanıq və qatı olur.

Suyu ya da ət suyu qaynamağa başlayanda düşbərələrimizi tökürük. Düşbərələri tökdükc qarışdırın ki, bir-birinə yapışmasın.

Yeməyin suyu qaynayıb düşbərələr üzünə yığışanda 5-10 dəqiqə də bişirib gğtürürük. Hazır olmağa az qalmış nanə qurusu, duz və istiot əlavə edirik.

Zövqə görə düşbərəni süfrəyə verəndə yanında sarımsaqla sirkə qoyulur. (Sarımsaq əzilib sirkə ilə qarışdırılır.)

Nuş olsun!

Comments

comments