Ərzaqlar:

Piroqun altı üçün:

400 q kəsmik

2 yumurta

1/2 st şəkər tozu

1/2 st süd

3 x.q mannı

2 x.q nişasta

1/2 limonun qabığı

1 ç.q limon şirəsi

1 paket vanil

Çay qaşığının ucunda duz

Piroqun üstü üçün:

1 stəkan çərdəksiz gilas(təzə gilas ya da konserv olunmuş)

4 ədəd alma

4 x.q xama

3 x.q şəkər tozu

1 ç.q darçın (zövqə görə)

Hazırlanması:

Mannının üzərinə isti su töküb qarışdırıb 10-15 dəqiqə saxlayırıq.

Yumurtanın sarısını ağından ayırırıq.

Şəkər tozunun yarısını yumurta sarısı ilə köpüklənənə qədər çalırıq.

Qalan şəkər tozunu mannı ilə qarışdırırıq.

Mannı qarışığı ilə yumurta sarısını qarışdırırıq.

Kəsmiyi süd ilə qarışdırırıq.

Kəsmik qarışığına yumurta sarısının qarışığını və vanili əlavə edib yaxşı qarışdırırıq.

Limonu sürtgəcdən keçirib şirəsi ilə birgə kütləyə töküb qarışdırırıq.

Yumurta ağına duz əlavə edib köpük olana qədər çalırıq.

Yumurta ağını yavaş-yavaş qarışığa qarışdırırıq.

Kütləyə nişastanı əlavə edib ehtiyatla yavaş-yavaş qarışdırırıq.

Qabı yağlayıb mannı səpirik və kütləni qaba tökürük

Almanın qabığını soyub nazik doğrayırıq.Doğranmış almaları kütlənin üzərinə tökürük.

Almanın üstünə darçın səpirik.

Xama ilə şəkər tozunu qarışdırıb almanın üstünə tökürük.

Xamanın üstünə gilasları düzürük.

180 dərəcə qızdırılmış sobada 40-50 dəqiqəyə bişiririk. Qabda soyuyub ilıq olanda çıxarıb başqa düz qaba qoyun. Tam soyuduqdan sonra doğrayıb süfrəyə verə  bilərsiniz.

Nuş olsun!

Comments

comments