Ərzaqlar:

3 kq Ağ gilas
3 kq şəkər tozu
2 st su

Hazırlanması:

Gilası yuyub tumunu çıxardırıq.
Tumunu çıxardıb su dolu bir qazana yığırıq. Qaralmaması üçün bu mütləqdir.

Sonra mürəbbəni bişirəcəyimiz qaba suyu və şəkər tozunu töküb əridib şərbəti hazırlayırıq.

Suyu çəkilsin deyə gilasları sudan çıxarıb süzgəcə yığırıq. Süyü süzülən kimi müyvəni şərbətə tökürük. Yavaş-yavaş qarışdırırıq.

Kəfini yığırıq.

Suyu qatılaşmaq istəyəndə götürürük.

Ocaqdan aldıqdan sonra üstündə olan kəfini təmiz yığırıq.

Tamam soyuduqdan sonra bankalara yığıb götürürük.

Nuş olsun!

Comments

comments