Zoğallı plov-2



Ərzaqlar:


4 st uzun düyü
500 q ət(1 st ət suyu)
1 st qatıq
300 q zoğal
2 ədəd baş soğan
2 x.q alça turşusu
5-6 x.q əridilmiş kərə yağı
Zəfəran
Duz
Istiot
Qazmaq üçün:
1 ədəd yumurta
3 x.q qatıq

Hazırlanması:

Duyunu 4-5 dəfə yuduqdan sonra duzlu suda qoyuruq.Zəfəranın üstünə qaynar su töküb dəm almağa qoyuruq.
Soğanın qabığını soyub yuduqdan sonra uzununa doğrayırıq.

Soğanın üstünə yağ duz əlavə edib qızılı rəngdə olanadək qovururuq.

Əvvəlcədən quşbaşı doğranmış əti suda bişiririk.Suyuna az duz tökürük. Hazır olduqdan sonra sudan çıxarıb qovrulmuş soğanın üstünə töküb 5-10 dəqiqə kimi qovururuq.

Ətə alça turşusunu və zövqə görə duz və istiot əlavə edirik. Hazır olanda qoyuruq kənara.

Ətin suyunu süzüb bir səkan götürürük.
Düyünü bişirmək üçün suyu qaynadırıq.Su qaynamağa başlayanda duzunu töküb düyünü yenidən yuyub suya əlavə edib qarışdırırıq.
Düyünün bişməsinə az qalmış suya ətin suyunu və qatığı əlavə edib qarışdırırıq.
Qatığı əvvəlçə çalıb açırıq ki düyür qalmasın. Yuyulub təmizlənmiş zoğalı da suya əlavə edib qarışdırıb düyünü süzürük.


Plovu dəmə qoyacağımız qazana az yağ töküb istidib süzülmüş düyüdən əlavə edib yumurta ilə qatığı qarışdırıb tökürükvə qarışdırırıq. Qarışığı qazanın dibinə qalınlığı 1 sm olmaqla yayırıq.

Az düyüdən tökürük.

Sonra qovurduğumuz əti tökürük.

Qalan düyünü ətin üstünə töküb üstünə yağ və zəfəran əlavə edib vam odda dəm almağa qoyuruq.Plovu dəmə qoyduqda qazanın ağzına dəsmal qoyuruq. Qazın üstünə qazanın altına tava ya da qalın dəmir qoyuruq.

Plovumuz 1 saata dəm alacaq.

Plov dəm aldıqdan sonra plovun düyüsünü qaba yığıb üstünə qazmaq və ət qoyub qaynar yağ töküb süfrəyə veririk.



Nuş olsun!

OXŞAR YAZILAR
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
.Sobada tərəvəzli kotlet
Ərzaqlar: 500 kq çəkilmiş qoyun əti 4 ədəd balaca baş soğan 2 ədəd kök 1 ədəd bibər 4-5 ədəd pomidor 150 q pendir 1 x.q əridilmiş kərə yağı + 2
.Toyuğun döş əti ilə sobada kartoflu yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd kartof 4 x.q duru yağ 2 diş sarımsaq 50 q kaşar ya holland pendiri Duz İstiot Hazırlanması: Karto
.Toyuğun döş əti ilə bibərli yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd bibər (hər birinin yarısı) 4 x.q duru yağ 1 balaca baş soğan 50 q kaşar ya holland pendiri 3 x.q pomidor
.Sobada qiyməli badımcan
Ərzaqlar: 6-7 ədəd badımcan 350 q çəkilmiş ət 2 ədəd baş soğan 2 ədəd pomidor 2 x.q əridilmiş kərə yağı 2 diş sarımsaq Duz İstiot Badımcanlar
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz


Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.