Zirinc plov-2



Ərzaqlar:


4 st uzun düyü
500 q ət
1 st zirinc
3 ədəd baş soğan
5-6 x.q əridilmiş kərə yağı
Zəfəran
Duz
Istiot
Qazmaq üçün:
3 x.q qatıq
1 ədəd yumurta

Hazırlanması:

Düyünü yuyub suda duzlu suda qoyuruq. Zirinci təmizləyib yuyub qaynar suda qoyuruq. Zəfəranın üstünə qaynar su töküb dəm almağa qoyuruq.
Soğanın qabığını soyub yuduqdan sonra uzununa nazik doğrayırıq.

Soğanın üstünə yağ, duz əlavə edib qızılı rəngdə olanadək qovururuq.

Quşbaşı doğranmış əti suda bişiririk. Qaynamağa başlayanda kəfini yığırıq. Suyuna az duz töküb bişiririk. Bişdikdən sonra sudan çıxarıb qovrulmuş soğanın üstünə töküb 5-10 dəqiqə qovururuq. Duz və istiotunu əlavə edirik.

Zirinci sudan çıxardırıq. Zirincdən 2 x.q ətin üstünə əlavə edib qarışdırırıq. 2-3 dəqiqə də qovurub götürürük.

Suyu qaynadıb duz töküb düyünü yuyub tökürük. Arada qarışdırırıq. Düyü bişməyinə az qalmış zirinci suya əlavə edirik.

Qarışdırıb süzürük.

Plovu dəmə qoyacağımız qazana az yağ töküb istidirik.

Süzülmüş düyüdən əlavə edib yumurta ilə qatığı qarışdırıb tökürük və qarışdırırıq. Qarışığı qazanın dibinə qalınlığı 1 sm olmaqla yayırıq.

Az düyüdən tökürük.

Sonra qovurduğumuz zirincli əti tökürük.

Qalan düyünü ətin üstünə töküb üstünə yağ və zəfəran əlavə edib vam odda dəm almağa qoyuruq.

Plovu dəmə qoyduqda qazanın ağzına dəsmal qoyuruq. Qazın üstünə qazanın altına tava ya da qalın dəmir qoyuruq.

Plov dəm aldıqdan sonra plovun düyüsünü qaba yığıb üstünə qazmaq və ət qoyub qaynar yağ töküb süfrəyə veririk.


Nuş olsun!


OXŞAR YAZILAR
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
.Sobada tərəvəzli kotlet
Ərzaqlar: 500 kq çəkilmiş qoyun əti 4 ədəd balaca baş soğan 2 ədəd kök 1 ədəd bibər 4-5 ədəd pomidor 150 q pendir 1 x.q əridilmiş kərə yağı + 2
.Toyuğun döş əti ilə sobada kartoflu yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd kartof 4 x.q duru yağ 2 diş sarımsaq 50 q kaşar ya holland pendiri Duz İstiot Hazırlanması: Karto
.Toyuğun döş əti ilə bibərli yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd bibər (hər birinin yarısı) 4 x.q duru yağ 1 balaca baş soğan 50 q kaşar ya holland pendiri 3 x.q pomidor
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz


Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.