Zebra tortu



Ərzaqlar:



200 q xama

150 q kərə yağı

1 st şəkər tozu

3 ədəd yumurta

2,5 st un

2 x.q kakao

1 paket qabartma tozu

Qlazur üçün:



100 q kərə yağı

1/2 st şəkər tozu

3 x.q xama

4 x.q kakao

Üstü üçün:

Qoz ləpəsi ya da kakos


Hazırlanması:

Yumşaq kərə yağını şəkər tozu ilə çalırıq.



Yumurtaları əlavə edib yenə tam qarışanadək çalırıq.



Xamanı əlavə edib çalırıq.



Unu və qabartma tozunu əlavə edib tam qarışanadək çalırıq.



Sonra xəmiri iki bərabər hissəyə bölürük. Birinə kakaonu əlavə edib çalırıq.



Qabı yağlayıb(diametri 26 sm) kakaosuzxəmirdən bir qaşıq tökürük.



Sonra kakaolu xəmirdən tökürük.



Bu ardıcıllıqla xəmir qurtaranadək davam edirik.



Üstünə çubuqla naxış salırıq.



180 dərəcə qızdırılmış sobada bişiririk. Arada çubuqla yoxlayın ki içi tam bişsin.



Bişdikdən sonra qoyun soyusun.Qlazuru hazırlayırq.

Bütün ərzaqları bir qaba tökürük.



Qabı qazın üstünə qoyub dayanmadan qarışdırararaq bişiririk.

Qaynamağa başlayanda 3 dəqiqə kimi də qarışdırıb götürürük.



Qlazur ilıq olanda biskvitin üstünə töküb yayırıq.



Sonra zövqə görə qoz qırıntısıya da kakosla bəzəyirik.İstəsəniz ağ şokaladı əridib onunla da naxış sala bilərsiniz. Hazırladığımız tortu soyuducuya qoyuruq. Bir iki saat sonra kəsib süfrəyə verə bilərsiniz.




Nuş olsun!


OXŞAR YAZILAR
.Şokaladlı çizkek (cheesecake) 2
Ərzaqlar: 400 q labnə pendiri 1 paket krem qaymaq 1 st şəkər tozu 3 x.q nişasta 4 ədəd yumurta 1 paket vanil 185 q qrabiyə 125 q kərə yağı
.Kəsmikli çizkek
Ərzaqlar: 600 qr əla növ pəhriz kəsmiyi 5 ədəd yumurta 1 st şəkər tozu 1 paket 20 faizli qaymaq ( 5 x.q sos üçün) 3 x.q nişasta 1 paket vanil 1
.Sadə keks 2
Ərzaqlar: 3 ədəd yumurta 1 st. şəkər tozu 1 st. süd ½ st. duru yağ 1 paket vanil 1 paket qabartma tozu 2,5 st. un Hazırlanması: Yumurta ilə
.Şokolad kremli keks
Ərzaqlar: 3 ədəd yumurta 1 st şəkər tozu 1 st süd ½ st duru yağ 3 x.q şokolad kremi (şokolad yağı) 25 q kakao 1paket qabartma tozu 1 paket van
.Kokoslu limonlu keks
Ərzaqlar: 4 ədəd yumurta 1 st şəkər tozu 1/2 st süd 1/2 st duru yağ 1/2 st kokos 1 ədəd limon 1paket qabartma tozu 1 paket vanil 2,5 st un
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Sevgi Ümüd (09 fevral 2017 23:14)
Arasini kesib kremlemek olar?xaiw edirem cavab yazin
Sevgi Ümüd (09 fevral 2017 23:12)
Çox dadli görsenir mende biwirecem
GULUM (15 oktyabr 2015 16:20)
IMM DADLI GORSENIR ARASINI YARIB KREMLEMEK OLAR?RESEPT UCUN TWKLE
Reseptaz (02 sentyabr 2015 23:37)
Təşəkkür edirəm. Nuş olsun.
gunay (21 avqust 2015 10:32)
men bisirdim ellerinize sagliq cox dAdlidi elleriniz derd gormesin siz yazin biz bisirek
Reseptaz (23 iyul 2015 17:03)
nus olsun
Gulnar (23 iyul 2015 13:40)
Cooox sagolun bu gun mutleq bisirecem
Reseptaz (23 iyul 2015 10:50)
salam, texminen 1,5 veya 2 defe artiq edin
Gulnar (23 iyul 2015 09:44)
Salam resept.az bu tortu diametri 34sm qabda bisirmek ucun ne qeder erzaq tokmeliyem xais edirem cavab yazardiz
Reseptaz (30 aprel 2015 13:09)
salam, ilıq halda tökülür
cavid (29 aprel 2015 21:24)
Menim bir sualim var.iliq qlazur isti biskivitin uzerine tokulur yoxsa soyuq? Zehmet olmasa cvb yazardiz
Nilufer (19 mart 2015 21:49)
nus olsun
Nilufer (19 mart 2015 21:48)
hec bisirmemisem deneyerem resept.az-in komeyile
Reseptaz (15 fevral 2015 22:21)
Nuş olsun.
resad (06 fevral 2015 17:53)
gesey seydi
Reseptaz (05 fevral 2015 21:17)
Nuş olsun.
anara mirisova (02 fevral 2015 19:11)
cox gozel alindi...Resept.az cox saqolun
Reseptaz (28 yanvar 2015 22:30)
Yuxa tortu dediyiniz napaleon tortudu yəqin o da saytda var buyurub baxa bilərsiniz. Təşəkkürlər.
Isa israfilov (26 yanvar 2015 01:26)
Salam resept az xais edrem yuxa tortun qoyasiz...
Reseptaz (22 yanvar 2015 20:17)
İstəyinizi nəzərə alacağıq. Nezrin xanım böyük qabda edirsinizsə 1,5 dəfə etsəniz yaxşı olar. Onda normal alınar. Ya da 2dəfə artırın. Nuş olsun.
Nezrin (21 yanvar 2015 14:43)
Resept.az!!Cox tesekkur edirem her sey ucun!! Reseptlerinizden istifade etmisem daim. Cox sagolun. Amma bir sualim var. Men tortlari edende nazik alinir biskviti. Her seyin yerli yerinde edirem. Nece yazirsizsa ele. Amma bir seyden subhelenirem siz diametri 26deyirsiz. Men diametri 32olan tavada etmiwem. Buna gore nazik alina bilermi? Diametru 32sm olan tavacun yazdiglarnizi 2defe artirim hazirlayimki nazik alinmasin biskvit yoxsa nece? Evvelceden tesekkur edirem.
xanim (16 yanvar 2015 22:49)
Sizden xaiw edirem:zehmet olmasa biwmiw qendin biwirerdiz baxarrdim.
Reseptaz (15 yanvar 2015 19:53)
Təşıkkür edirik. Nuş olsun.
mah (15 yanvar 2015 16:16)
ellerinize sagliq,resept.az!hemiseki kimi supersiniz.men de bu tortdan tez-tez bisirirem amma qlazursuz.bu defe sizin reseptden faydalanacam hemiseki kimi.Cox tesekkurler!Yaxsi ki,varsiniz.
Ramile (15 yanvar 2015 12:32)
Bu tortdan tez tez hazirlayiram amma 1 az ferqli reseptle ... heqiqeten cox dadli alinir )) indi gordum ureyim istedi .. ellerinize sagliq ... saytinizin reseptlerinden cox faydalanmisham ))

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.