Yumşaq ət kotleti





Ərzaqlar:



500 q çəkilmiş ət
1 ədəd baş soğan
4 x.q suxarı
½ st su
2 x.q duru yağ
1/3 limon suyu
Duz
İstiot
Ç.q ucunda sarıkök
1 ç.q nanə qurusu
Qızartmağa duru yağ

Hazırlanması:

Soğanı təmizləyib yuyub xırda doğrayırıq.



Çəkilmiş ətin üstünə soğanı, suxarını, yağı, limon suyunu, sarıkökü, nanəni və zövqə görə duz və istiotu töküb qarışdırırıq.



Sonra suyu az-az töküb əlimiz ilə yaxşı qarışdırırıq.



Tavaya yağı töküb qızdırırıq.
Ətdən kotletləri düzəldib tavaya yığırıq.



Hər iki tərəfini qızardırıq.



Kotletin yanında zövqə görə kartof qızartması, püresi və s. vermək olar.





Nuş olsun!


OXŞAR YAZILAR
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
.Sobada tərəvəzli kotlet
Ərzaqlar: 500 kq çəkilmiş qoyun əti 4 ədəd balaca baş soğan 2 ədəd kök 1 ədəd bibər 4-5 ədəd pomidor 150 q pendir 1 x.q əridilmiş kərə yağı + 2
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (19 oktyabr 2017 12:06)
Salam, çox sağ olun diqqətiniz üçün..
Anonim (01 oktyabr 2017 02:30)
Salam
Bilirsinizmi sizim reseptler sekilleri ile birlikde xanim.az saytinda paylasilir?
xeyale ceferova (28 sentyabr 2017 19:34)
siz sagolun ki bu cür gözel başa salırsız ve gözel reseptler paylaşırsız ☺
Reseptaz (28 sentyabr 2017 09:52)
Çox sağ olun, minnətdaram. Çalışaram hazırlayım. Mən ancaq özüm hazırlayıb, yoxlayıb ondan sonra reseptləri paylaşıram. Yani ordan burdan tercümə vəya oğurluq reseptlər olmadığı üçün hər resepti həmən paylaşa bilmirəm. Gərək özüm hazırlayam, yaxşı alındığından əmin olam sonra. Vaxtımın əl verdiyi qədər yeni yeni reseptlər baylaşmağa çalışıram. Diqqətiniz üçün minnətdaram.
xeyale ceferova (27 sentyabr 2017 08:29)
salaç sizin seifeniz superdi hem başa salırsız hemde düzgün resptler yerleşdirisiz sizden bir xaişin var qış üçün hazırlıqa daha çox üstünlük verin ne olar çox isterdim badımcan ikrasını yazasız qızş üçün turşular yazsız

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.