Yasəmən çiçəyi şirniyyatı




Ərzaqlar:



200 q kərə yağı
1 st qatıq
1/2 st duru yağ
1 ədəd yumurta
1 paket qabartma tozu
3 x.q kakao
Aparanadək un
İçi içün:
6 x.q alma ya da başqa meyvə çemi
1 ovuc qovrulmuş qoz ləpəsi
Üzü üçün fındıq ləpəsi

Hazırlanması:

Yumşaq yağı, duru yağı, qatığı, yumurtanı və qabartma tozunu bir qaba töküb qarışdırırıq.




Üstünə 4 st un əlavə edib əlimiz ilə yumşaq xəmir hazırlayırıq. Xəmir ələ yapışan olacaq.Sonra xəmiri iki hissəyə bölürük.


Bir hissəsinə 3-4 x.q un əlavə edib xəmiri yoğururuq. Ələ yapışmayan yumşaq xəmir düzəldirik. O biri hissəyə kakaonu və 1-2 x.q un əlavə edib ələ yapışmayan yumşaq xəmir düzəldirik.


Hər iki kündəni un səpib oxlovla qalınlığı 1 sm olmaqla yayırıq.




Sonra kakaolu xəmiri o biri xəmirin üstnə qoyuruq.


Oxlovla yayıb düzəldirik. Çalışın yayılmış xəmirin eni 32 sm uzunluğu 40 sm olsun.
Bıçaqla 8x8 sm ölçüdə kəsirik.


İçliyi hazırlayırıq.Qozu bıçaqla doğrayıb çem ilə qarışdırırıq.


Kəsdiyimiz xəmirdən birini götürüb içlikdən xəmirin ortasına 1 ç.q qoyub şəkildəki kimi bükürük. Ortasına fındıq ləpəsi qoyuruq.














Bu şəkildə hamısını düzəldirik.Soba qabına kağız sərib yığırıq.


180 dərəcə qızdırılmış sonada 25-30 dəqiqə bişiririk.


Soyuduqdan sonra çay süfrəsinə verə bilərsiniz.


Nuş olsun!

OXŞAR YAZILAR
.Yağlı xəmir ilə kremli rulet
Ərzaqlar: 500 q hazır yağlı xəmir Krem üçün: 1 banka qatılaşdırılmış süd 200 q kərə yağı 1 paket vanil Bəzək üçün: Xırdalanmış ləpələr Hazırlan
.Sadə Keks
Ərzaqlar: 3 ədəd yumurta 1 st şəkər tozu 1 st xama 2 st un+2x.q un 1 paket vanil 1 paket qabartma tozu Hazırlanması: Yumurtanı mikserlə ça
.Qaymaqlı krem ilə ekler
Ərzaqlar: 100 q kərə yağı 1 st süd 1 st un Bir çimdik duz 4 ədəd yumurta Krem üçün: 500 q qaymaq (33%-li) 4 x.q şəkər pudrası 1 paket van
.Xamalı keks
Ərzaqlar: 4 ədəd yumurta 1 st şəkər tozu 200 qr. xama 200 qr. kərə yağı 2 st. un 1 paket vanil 1 paket qabartma tozu Hazırlanması: Şəkər
.Kəsmə kətə
Ərzaqlar: Xəmir üçün: 200 q kərə yağı 2 ədəd yumurta (birinin sarısı üzü üçün) 1 st əkər tozu 1 st qatıq 1 paket qabartma tozu 1 paket vanil Apara
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
nuray (13 iyul 2016 22:13)
çox dadlı olmuşdu.
Gulnar (09 mart 2016 14:09)
Salam sualim olacaqdi. Yagli kagiz vacibdi? onun yerine liste azca yag vursam yapiwmaz?
Reseptaz (11 fevral 2016 19:54)
nus
Sebine (11 fevral 2016 14:14)
Ayy cox guzel eledim ordaki kimide cixmasada idare eder
Reseptaz (11 fevral 2016 08:57)
nus olsun
MSM (10 fevral 2016 16:12)
Cox sag olun
Reseptaz (10 fevral 2016 09:00)
salam. olar.
MSM (09 fevral 2016 17:13)
Qatigi xamayla evezlesek olar?
Reseptaz (05 fevral 2016 16:24)
salam, yox vurulmur
Nana (05 fevral 2016 15:40)
Xemirine pesox vurulmur?
Reseptaz (05 fevral 2016 14:39)
salam, yazdim. tsk
MSM (05 fevral 2016 14:21)
Xanim men qozlu rulet reseptinizde sual yazmisam zehmet olmasa onu cavablandirardiz da
MSM (05 fevral 2016 14:20)
Salam,cix gozel gorunur insallah hazirlayacam,ellerinize sagliq
QURMAN (05 fevral 2016 09:47)
Tesekkur edirem sualimi cavablandirdiginiz üçün
Reseptaz (05 fevral 2016 08:59)
bu bir az kaprizli reseptdir, sobanin istiliyini cox etseniz veya cox saxlasaniz ola biler. amma normalda yumsaq ve cox ferqli bir sirniyyatdir..
QURMAN (04 fevral 2016 23:47)
Görünüsünü çox beyendim.
bir sualim var.
ola bilermi ki men bu sirniyyati hazirlayim quru alinsin?
Yəni quru alinmagindan ehtiyyat edirem.
Reseptaz (03 fevral 2016 09:42)
cox sag olun.
Rehimli Aynur (02 fevral 2016 21:41)
coxxx gozel gorsenir yeqinki dadida cox gozel olar ellerivize sagliq cox gozel sirniyyatlar hazirlayirsiz elleriviz derd gormesin

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.