Yarpaq dolması



Ərzaqlar:



1 kq çəkilmiş qoyun əti

3 baş soğan

2/5 (2 st. yarım) yumru düyü

3 xörək qaşığı ərinmiş kərə yağı

1 dəstə keşniş, şüyüd və nanə (təzə nanə olmayanda nanə qurusu )

Duz (yarpaq duzlu olanda duz tökülmür)

Zövqə görə istiot

Üzüm yarpağı


Hazırlanması:

Göyərtini xırda doğrayırıq.



Soğanı sürtgəcdən keçiririk. (Əgər əti özünüz maşından keçirirsinizsə soğanı da maşından keçirin)



Dərin qabda əti, soğanı, düyünü, göyərtini,nanə qurusunu, yağı və zövqə görə istiot və duzu töküb yaxşı qarışdırırıq. (Əgər yarpaq duzludursa onda ətə duz vurmuruq)



Dolmanı bükmək üçün yarpağı hazırlayaq. Tutulmuş yarpaq olanda isti suda bir neçə dəfə yuyuruq ki, duzu getsin. Əgər təzə yarpaqdan bükürsünüzsə onda qaynar suya yarpağı salın rəngi saralan kimi götürürük. Saplaqlarını kəsirik. Təzə yarpaqdan dolma bükəndə ətə mütləq duz vururuq.

Hər yarpağın ortasına 1 ç.q ət qoyub yanlarını içəri doğru qatlayaraq bükürük. Bükülmə qaydasına görə bəzi xanımlarımız yumru, bəziləri isə üzünsov bükür.





Bükülmüş dolmaları qazana yığırıq. Qutaranda üzünə çıxana qədər su tökürük.
Ortasına ağzı aşağı düz boşqab qoyuruq. Boşqab dolmaları bişəndə dağılmağa qoymur.





Əvvəl gur odda dolmanı qoyuruq. Suyu qaynara duşəndə kəfini yığırıq. Sonra normal odda yağa düşənə qədər bişiririk.



Dolmanı süfrəyə verəndə yanında qatıq verilir. Zövqə görə qatığın içinə sarımsaq əzib tökə bilərsiniz.



Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
nezrin (07 may 2017 12:45)
guzelll
Reseptaz (20 dekabr 2016 15:40)
Salam, xanım saytımızı izlıyirsinizsə bizim nəzərdə tutduğumuzun 2 stekan yarım olduğunu bilirsiniz yeqin. Duz məsələsi tamamilə zövq işidir - duzlu yarpaq və bir də etin duzu olanda yemək çox duzlu olur.
Aygün (20 dekabr 2016 13:38)
Burada yazılıbki 2-i 5 stekan düyü bu sefdir beş stakan düyü vurulmur birincisi ele lap iki stekanda vurulmur ancaq bir stakan ve birde yazılıbki yarpaq duzlu olanda ete duz vurulmur bu da tamamile sefdir ister yarpaq duzlu olsun istersede olmasın onun işerisine duz vurulmalıdır bunları yazanda biraz qiqqetli olunki cammatın beyni qarışmasın.
Aygün (20 dekabr 2016 13:34)
Çox sağolun mende sevirem dolmanı.
Aygün (20 dekabr 2016 13:32)
Yarpaq dolması
Vusal (03 noyabr 2016 09:45)
Yarpaq dolmasi
lale (13 avqust 2016 00:24)
Ela
İlhamə (21 may 2016 12:05)
Çoooox bəyəndim məndə belə edirəm.Amma mən bilməyənə biraz qalmış boşqabı dolmanın üzərindən götürüb 1 xörək qaşığı ərimiş yağ qoyuram.Bu zaman dolma həm dadlı həmdə parlaq olur
Tehmine (07 may 2016 19:50)
COOOOOOOOOOOOOOOX GOZELDIR. BU SAYTDAN COX XOSUM GELDI. CUNKI INSANLARI OYREDIR
ilahe (19 aprel 2016 19:09)
En cok sevdiyim yemeydi
Reseptaz (11 yanvar 2016 10:17)
nus olsun
Mətin (10 yanvar 2016 23:23)
Mən də 4 künc bükürəm uzunsov kələm dolmasının formasıdı... Nuş Olsun !
Reseptaz (14 noyabr 2015 00:17)
nus olsun
gulare (13 noyabr 2015 17:54)
enn cooox sevdiyim yemek indi mende bisirirem tesekkur resept ucun
Reseptaz (08 noyabr 2015 13:19)
salam, saytin sag ust terefinde axtaris bolmesi var, ora dosemeli plov yazib saytimizdadki movcud reseptleri tapa bilersiniz
feyza (07 noyabr 2015 14:10)
zaman olduqda sizden dosemeli plov deirler onun tarifini isterdim
feyza (07 noyabr 2015 14:07)
tarifiniz icin tesekkurler hazirladim cok leziz alindi
leyla (02 iyul 2015 23:59)
Yemeklerin wahidi dad verende nanedi
Yayda teze nane qiwqa quru nane
Guler (28 iyun 2015 15:46)
Mende biwirirem tez- tez cox sevirem
Bahar Əlizadə (07 may 2015 23:32)
Salam mən yarpaq dolmasının aşpazı o isə mənim ən sevimli yeməyimdi............ :D :D :D
Reseptaz (18 aprel 2015 23:00)
Təşəkkür edirik. Nuş olsun.
Ayla (16 aprel 2015 22:57)
Çox gözəl♥♥ Mənim sevdiyim yemək♥♥♥♥♥
Reseptaz (22 mart 2015 23:47)
Təşəkkür edirik. Nuş olsun.
ayse (21 mart 2015 08:39)
eladi
Reseptaz (13 mart 2015 22:03)
Nuş olsun. Təşəkkür edirəm.
oleyhop (02 mart 2015 14:22)
supeer
nigar (02 mart 2015 01:26)
ureyim lap dolma istedi.cox.gozrl bukmusuz)).gerey.saba.bisirim.insallah.to
Reseptaz (22 yanvar 2015 20:25)
Nuş olsun.
seba (18 yanvar 2015 15:08)
Ela alındı. tewekkurler :)
Reseptaz (14 yanvar 2015 21:31)
Uğurlar.
Nurana (14 yanvar 2015 15:06)
yemey hazirlamaq isdeyirem
Reseptaz (09 dekabr 2014 21:04)
Salam. Çox sağ olun. Nuş olsun.
minaye (08 dekabr 2014 22:36)
mende yarpaq dolmasi bisirecem 14.12.14 de ad gunume haminizi devet edirem....immm
Reseptaz (21 avqust 2014 13:37)
Çox sağ olun. Təçəkkür edirəm.
melek (03 iyun 2014 16:36)
Dolmaya yagi en sonda atanda rengi daha parlaw duwur.cox sevirem bu yemeyi.ellerinize sagliq..
melek (03 iyun 2014 16:34)
Salam...
rena (25 may 2014 14:15)
superdi lap anam bisirmis kimi oldu
rena (25 may 2014 14:11)
gozel idi bisirdim ellerinize salik
Selma (04 aprel 2014 00:05)
Olurem yarpaq dolmasi ucun.yadima gelir balaca olanda dolmani bismemis yeyirdim.lap anam kimi bisiribsiz,ela:-)
Aysun (15 fevral 2014 14:57)
Allah razi olsun men hazrladim

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.