Yalançı yarpaq dolması



Ərzaqlar:



1,5-2 st düyü
3 ədəd pamidor
2 ədəd baş soğan
1/2 limon suyu
1/3 st zeytun yağı ya da 2-3 x.q əridilmiş kərə yağı
1 dəstə nanə
1 dəstə keşniş
1 dəstə göy soğan
1 dəstə şüyüd
Üzüm yarpağı
Duz
Istiot

Hazırlanması:

Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.


Pamidoru yuduqdan sonra qabığını soyub xırda doğrayırıq.


Göyərtilərin hamısını təmizləyib yuyub xırda doğrayırıq. Düyünü təmizləyib yuyuruq.
Bütün ərzaqları bir qaba tökürük. Duz və sitiotunu əlavə edirik. Yağını da töküb yaxşı qarışdırırıq.




Üzüm yarpağını yuyub sıxıb dolmaları şəkildəki kimi bükürük.




Bu şəkildə dolmaları büküb qazana yığırıq.


Üstünə çıxanadək sü töküb az duru yağ əlavə edib yeməyi bişməyə qoyuruq. Dolmanın üstünə qab çevirib qoyuruq. Sonra qazanın qapağını örtürük.

Yeməyin suyu çəkilib yağa düşəndə dolmamız hazır olacaq.


Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Könül Nəsirova (30 noyabr 2016 22:10)
Biz bunun içinə tum lobyanı birirb əzib tökürük. O super olur. Özdə kələm yarpağına
Reseptaz (14 iyul 2016 11:47)
Nuş olsun.
nuray (13 iyul 2016 21:58)
naxçıvanda buna pomidor vurmurlar.Həmdə bu dəli dolma adlandırılır.
Xatıre (13 iyul 2016 14:47)
Indı bısırecem dusurem yarpaq yıqam. gorum nece cıxır. Bulmırem nedense konlume dusub . Xalam gılde gordum xosum geldı.
Reseptaz (01 iyun 2016 10:38)
nuş olsun
Nura (31 may 2016 23:47)
Ele bugün etdim çox dadlı alındı çox sağolun resept üçün
luckiy girl (07 may 2016 09:22)
mende indi hazirlayacam amma pomidor ve limon suyu oldugun bilmirdim birde size bir sualim var yalanci dolmani kelemle bisirmek olar?
Anonim (04 noyabr 2015 20:35)
Dadli olur.ama pamidor birinci defedir gorurem icerisine vurulmagin
nazli (11 sentyabr 2015 16:46)
men qonaq getmisdim bundan hazirlamisdilar, amma dadi hec ne idi hec kim yemedi urek siz dolma olmaz. qurban olum milletime et yemesek olerik. biz her gun olmasa da gun asiri et yeyirik, nenem deyir men et yemesem hemin gun olerem. yalniz quzu, qoyun eti yeyir bexteverli.
Nilay (11 may 2015 20:49)
Dolmaların üstünə su töküb üzərini dessert boşqabla örtün. Qazanın qapağını bağlayıb 1-1,5 saat bişirin, yarpaqlar və düyü bişənədək.

Əgər təzə yarpaq yoxdursa, onda duza qoyulmuş yarpaqdan istifadə etmək olar. Bu yarpaqı Avropa ölkələrində hər bir türk və ərəb mağazasından almaq olar. Düzdür, onlar qalın və böyükdülər. Belə halda mən qayçı ilə yarpaqı iki hissəyə bölürəm. Azərbaycan dolmasının xüsusiyyəti onun ölçüsündədir. Dolma nə qədər xırdadırsa, o qədər qəşəngdir.
Nilay (11 may 2015 20:47)
Dolma bir çox şərq xalqalrında yayılmışdır – türk, ərəb, fars, hətta yunanlılarda, amma hər kəs dolmanı müxtəlif cür hazırlayır. Mən əsl Azərbaycan dolması haqqında danışacağam. Yarpaq və göyərti Bakıdan gətirilib.



150 gr təzə ya da konservləşmiş üzüm yarpaqı
500 gr qoyun ya da mal qiyməsi (50/50 də olar)
200 gr çıkilmiş baş soğan
Duz
İstiot
Göyərti: keşniş, şüyüd, nanə, tarxun
50 gr noxud, bişirilmiş və yarıya bölünmüş (adətən noxud istifadə olunmur, amma biz noxudlu xoşlayırıq)
50 gr çiy düyü
Göyərtini yuyub doğrayın. Düyünü yuyun, əgər noxud qatmaq istəsəniz, bişirib ikiyə bölün. Qiyməni soğanla qarışdırıb, düyünü, xırdalanmış göyərtini, noxudu, duzu və istiotu əlavə edin. Kütləni yaxşı qarışdırın. Üzüm yarpaqlarını yuyub üstünə qaynar su tökün və 2-3 dəqiqə saxlayın, sonra sudan çıxardın. Qalın dibli qazana azca yağ (bitki yağı da olar) tökün, böyük yarpaqlardan bir neçəsini qazanın dibinə sərin. Bir-bir yarpaqları götürüb içinə kiçik ət kütləsi qoyaraq yarpaqı konvert (zərf) kimi bükün. Əvvəlcə aşağıdan, sonra yan tərəfdən və nəhayət üstdən.



Dolmaları bir-birinin yanına zəncirvarı yığın. Sonra qazanı iti alovun üstünə qoyun, qaynayan kimi, zəif alova keçi
Reseptaz (05 may 2015 22:27)
Nuş olsun. Təşəkkürlər.
ayan (05 may 2015 11:12)
cox gozeldi indi hazirlayacam
Xədicə xanım (02 may 2015 16:03)
Əladı!
nezrin (11 aprel 2015 12:22)
siz turk dolmasinin reseptini vere bilersinizmi
Reseptaz (09 aprel 2015 21:11)
Hər bir yeməyin öz yeri var əlbətdə ki ətlə bişirilən yeməklər daha dadlı olur. Nuş olsun.
Elif (26 mart 2015 16:07)
dolmani etsiz tesevvur ede bilmirem
Reseptaz (11 mart 2015 19:05)
Olar. Nuş olsun.
coni (11 mart 2015 17:30)
yalanci dolmani kelemle biwirmek olarmi?

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.