Yağlı xəmir ilə səbzi qovurmalı qiyməli piroq



Ərzaqlar:

800 q yağlı xəmir
200 q hazır bişmiş qiymə
2 ədəd baş soğan
2 x.q əridilmiş kərə yağı
Göyərti (cəfəri, ispanaq, keşniş, şüyüd) hərəsindən bir dəstə
Duz

Üstü üçün:
1 ədəd yumurta
Çörətotu
Küncüt

Hazırlanması:

Xəmiri soyuducudan çıxardırıq buzu açılır.
Səbzi qovurmanı hazırlamaq üçün. Soğanı yağda az duz səpib qovururuq.



Sonra üstünə təmizlənib yuyulmuş göyərtiləri əlavə edib bişiririk. Duzunu zövqə görə əlavə edirik. Hazır olanda hazır qiyməni töküb qarışdırırıq.





Buzu açılmış xəmiri qaba kağız sərib ikisini yan-yana qoyub yapışdırırıq.



Sonra içliyi töküb yayırıq.



Üstünü şəkildəki kimi bəzəyirik.











Üzünə yumurta çəkib küncüt və çörəkotu səpirik.



200 dərəcə qızmış sobada üzü qızaranadək bişiririk.



Hazır piroqu isti-isti süfrəyə veririk.





Nuş olsun!


OXŞAR YAZILAR
.Yağlı xəmir ilə kartoflu piroq
Ərzaqlar: Kartof əzməsi, baxın:kartof əzmə 800 q yağlı xəmir. Zövqə görə şüyüd tökməyə də bilərsiniz. Üstü üçün: 1 ədəd yumurta Çörətotu Künc
.Poğaça 5
Ərzaqlar: Xəmir üçün: 100 q kərə yağı ½ st qatıq ½ st duru yağ 2 ədəd yumurta (bir ədəd üzü üçün sarısı saxlanılır) 1 paket qabartma tozu 1 ç
.Toyuq əti ilə pizza
(2 ədəd pizza üçün) Xəmir üçün Ərzaqlar: 3 x.q duru yağ 1 ç.q dolu duz 1 paket tez maya 1,5 st ilıq su 4 st ələnmiş un Üstü üçün:
.Pizza xəmiri
(2 ədəd pizza üçün) Ərzaqlar: 3 x.q duru yağ 1 ç.q dolu duz 1 paket tez maya 1,5 st ilıq su 4 st ələnmiş un Hazırlanması: Yağ, duz, maya v
.Yağlı xəmir ilə qiyməli piroq
Ərzaqlar: 350 q çəkilmiş ət 2 baş soğan Duz İstiot 2 x.q əridilmiş kərə yağı 800 q yağlı xəmir (hazır napoleon üçün xəmir) Üzü üçün: 1 ə
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
asd (26 fevral 2017 19:43)
gozel

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.