Xamalı rulet



Ərzaqlar:


Biskvit üçün:
3 ədəd yumurta
2/3 st un
1/2 şəkər tozu
1 x.q bal
1 paket qabartma tozu
1 paket vanil
Krem üçün:
200 q xama
1/2 st şəkər tozu

Hazırlanması:

Balı, şəkər tozunu, yumurtanı və vanili bir qaba töküb tam qarışanadək mikserlə çalırıq.



Qarışığın üstünə qabartma tozunu və unu əlavə edib tam qarışanadək çalırıq.

Soba qabına kalka kağızı sərib xəmiri tökürük.

180 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə bişiririk.

Bişmiş biskviti çıxaran kimi isti-isti bükürük.

Biskvit soyuyanadək kremi hazırlayırıq.
Xama ilə şəkər tozunu şəkər tam əriyib yox olanadək mikserlə çalırıq.

Soyumuş biskviti açıb arasına kremi yayırıq.

Yenidən rulet kimi bükürük.

Baş hissələrini səliqəli olsun deyə kəsib qaba qoyuruq.

Bir neçə saan sonra ruleti kəsib süfrəyə verə bilərsiniz.


Nuş olsun!


OXŞAR YAZILAR
.Çizkek
Ərzaqlar: Alt qatı üçün: 1,5 paket eti petit beurre 150 q kərə yağı İçliyi üçün: 600 qr labinə pendir 400 qr krem qaymaq 3 x.q un 3 ədəd yum
.Moruqlu tort 2
Ərzaqlar: Biskvit üçün: 12 ədəd yumurta 2 st şəkər tozu 2 st un 2 paket vanil Krem üçün: 200 qr pəhriz kəsmik 1 st şəkər tozu 200 q krem qaymaq
.Kəsmikli piroq 6
Ərzaqlar: Ovxantı üçün: 2,5 st un 200 qr yağ 1/2 st (yarım st.) şəkər tozu 1 paket vanil 1 paket qabartma tozu İçliyi üçün: 400 q pəhriz kəs
.Türk paxlavası
(Türk mətbəxi) Ərzaqlar: 20 ədəd paxlavalıq yuxa 250 q kərə yağı 2 st çəkilmiş qoz ya da fındıq ləpəsi Şərbət üçün 2 st su 2 st şəkər t
.Laz börəyi
(Türk mətbəxi) Ərzaqlar: 12 ədəd paxlavalıq yuxa 150 q kərə yağı Mühəlləbisi üçün: 1 ədəd yumurta sarısı 2 x.q un 2 x.q buğda nişastası
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
MSM (09 fevral 2017 17:47)
Hazirladim men de cox ela alindi,bir defe de hazirlamisdim,amma onda cox gozletmemisdim ,bu defe hazirladim axsam seher kesdim cox dadli oldu,cox sag olun asan yolla bizleri oyretdiyiniz ucun,men rulet hazirlamagin cetin oldugun dusunurdum,amma sayenizde men de oyrendim
Aynur (29 may 2016 15:19)
Ela alindi.Balin yerine heyva murebbesinin suyunu tokdum,biskvit super cixdi.Kreme de ki soz ola bilmez! Maraqlidir,bu kremi tortlarda istifade etmek olarmi?
konul (04 iyun 2015 12:11)
Asand reseptler
vafa (17 aprel 2015 20:04)
Retcepi. Az
Reseptaz (09 aprel 2015 21:26)
Nuş olsun. Təşəkkür edirik.
leman (06 aprel 2015 22:18)
men hazilamalarini istceyirem
sema nur (30 mart 2015 23:38)
çox gözəldi təşəkürlər
Reseptaz (19 mart 2015 23:40)
Xama hansı oldu istifadə edə bilərsiniz. Ölçü isə stəkanı üç yerə böleb ikisini götürürük. Nuş olsun.
Aysun (16 mart 2015 23:36)
Salam 2/3qederi ne qederdi cox xahw edirem aciq yazin basa dusum
mah (16 mart 2015 22:57)
bilmek olarmi nece faizli xamadan istifade etmek lazimdir?

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.