Xamalı biskvit



Ərzaqlar:



200 q xama
6 ədəd yumurta
1 st şəkər tozu
1 st un
1 paket vanil
1 paket qabartma tozu
Zövqə görə xəmirə limon qabığı tökə bilərsiniz.


Hazırlanması:

Yumurtanın ağını sarısından ayırırıq.



Ağını bərkiyənədək mikserlə çalırıq.



Sonra şəkər tozunun yarısını az-az üstünə əlavə edib mikserlə çalırıq.



Yumurta sarılarını mikserlə çalırıq.
Sonra üstünə şəkər tozunu əlavə edib ağaranadək çalırıq.



Xamanı əlavə edib tam qarışanadək çalırıq.



Vanili, qabartma tozunu və unu ardıcıl əlavə edib mikserlə çalırıq.



Sonra yumurta ağından az-az töküb qaşıqla qarışdırırıq.




Diametri 26 sm olan soba qabını yağlayıb ya da kağız sərib xəmiri tökürük.



180 dərəcə qızdırılmış sobada tam bişənədək bişiririk.



İlıq olanda qabdan çıxardırıq.



Tamam soyuduqdan sonra iki yerə bölüb müxtəlif kremlərlə tort hazırlayırıq.

Nuş olsun!


OXŞAR YAZILAR
.Bütöv ərik mürəbbəsi
Ərzaqlar: 2 kq ərik (tumu çıxarılmış) 2 st su 2 kq şəkər tozu Hazırlanması: Əriyi yuyub içindən tumunu çıxardırıq. Mən çəyirdəyini limon götürən
.Ağ gilas mürəbbəsi
Ərzaqlar: 3 kq Ağ gilas 3 kq şəkər tozu 2 st su Hazırlanması: Gilası yuyub tumunu çıxardırıq. Tumunu çıxardıb su dolu bir qazana yığırıq. Q
.Maskarpon pendiri ilə qaymaqlı krem
Ərzaqlar: 500 q qaymaq 33 faizli 250 q maskarpon pendiri 8 x.q şəkər pudrası 1 paket vanil Hazırlanması: Qaymağı bərkiyənədək çalırıq. Üstün
.Qaymaqlı krem 3
Ərzaqlar: 500 q qaymaq 33 faizli 8 x.q şəkər pudrası 1 paket vanil Hazırlanması: Qaymağı bərkiyənədək çalırıq. Üstünə şəkər pudrasını və vani
.Kakaolu krem 2
Ərzaqlar: 3 x.q kakao 200 q kərə yağı 1 qutu qatılaşdırılmış süd 1 paket vanil Hazırlanması: Yağı ağaranadək mikserlə çalırıq. Sonra qatı
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Lale (11 iyun 2017 17:52)
Men bişirdim alınmadı. Hem yaxşı şişmedi Hendek içerisi elebil bilmemiş qaldı. Bu nç deyqe bilmelidir?
Reseptaz (19 yanvar 2017 09:13)
Çox sağ olun
Ulduz (17 yanvar 2017 21:00)
xamali biskvitden cox xosum geldi,lezzetlidi... tesekkurler Reseptaz :)
Rəvanə (29 dekabr 2016 21:12)
Reseptaz (02 dekabr 2016 17:42)
Salam, bəli olar..
Ayselkaa (02 dekabr 2016 11:48)
Salam, bu biskivit xemirin soba qabinda hazirlamaq olarmi? Bu qaydada kopecekmi?
Reseptaz (28 noyabr 2016 09:09)
Salam, beli elə də edə bilərsiniz. amma saytımızda kifayət qədər rulet resepti də var
gulnar2013 (26 noyabr 2016 21:30)
men ele mehz bu xemire simicka yagida tokurem
ulker (21 oktyabr 2016 19:58)
Salam hormetli resept.az,bu xemiri goturub rulet kimi bisirmek olar?

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.