Xam döşəmə plov



Ərzaqlar:



4 st düyü

500 q ət

500 q təmizlənmiş şabalıd

1/2 st kişmiş

6-7 ədəd xurma

6-7 ədəd qaysı

6-7 ədəd albuxara

3-4 x.q əridilmiş kərə yağı

1/2 ç.q sarıkök ya da zəfəran

Duz

Istiot

Qazmaq üçün:

3 x.q qatıq

1 ədəd yumurta


Hazırlanması:

Düyünü yuyub suya qoyuruq.

Xırda doğranmış əti yuyub üstünə duz və istiot səpib qarışdırırıq.



Kişmişi, qaysını, xurmanı və albuxaranı yuyuruq. Bir tavada üstünə əridilmiş kərə yağından töküb az qovururuq.



Təmizlənmiş şabalıdı tavaya töküb üstünə duz səpib yağ töküb az qovururuq.



Düyünü adi qaydada bişirib süzürük. Üstünə sarıkök ya da dəmlənmiş zəfəran tökürük.



Qazana az yağ töküb qızdırırıq.



Qatıq ilə yumurtanı qarışdırıb az düyü də əlavə edib qazanın dibində qalınlığı 1 sm olan qazmaq düzəldirik. Üstünə az adi düyüdən tökürük.



Əti düyünün üstünə yığırıq.



Ətin üstünə qovurduğumuş şabalıd və kişmiş qarışığını tökürük.



Üstünə tənzif ya da qab qoyuruq.



Qalan düyünü də üstünə töküb yağ verib dəm almağa qoyuruq.



Qazanın qapağına dəsmal qoyub aşı 2-2,5 saat vam odda dəm almağa qoyuruq.



Plovu qaba təpəcik şəklində yığıb ortasına əti kənarlarına kişmiş, şabalıd,albuxara, qaysı, xurma və qazmaq düzüb yağ töküb süfrəyə veririk.



Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (13 mart 2014 22:47)
Təşəkkür edirəm.Nuş olsun.
murad (11 mart 2014 15:08)
cox sagolun terifleriniz cox gozel iydi usagimin ad gunun de hami beyendi
Reseptaz (12 yanvar 2014 20:35)
Çox sağ olun. Cavan mal əti ya da qoyun əti ola bilər. Toyuqla bişirmək istəyirsinizsə onda saytmızda döşəməli aş var ondan bişirin dadı damağınızda qalacaq. çox dadlı aşdır.İnanıram ki xoşunuz gələcək.Nuş olsun.
Günay (12 yanvar 2014 15:25)
Əllərinizə sağlık.Mən belə aş bişirməmişəm, mütləq hazırlayacam.Yaxşı bəs ət qoyun ətidi?Bu aşı çolpadan eləmək olar?

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.