Turşu kabab plov



Ərzaqlar:



1 kq çəkilmiş qoyun ya mal əti

100 q qaysı

100 q alça turçusu

2 ədəd orta baş soğan

1 böyük dəstə cəfəri

2 x.q əridilmiş kərə yağı

Duz

Istiot

Plov üçün:



4 st uzun düyü

3-4 x.q əridilmiş kərə yağı

Duz

Sarıkök ya zəfəran

Qazmaq üçün:

3 x.q qatıq

1 ədəd yumurta


Hazırlanması:

Ət ilə baş soğanı ət maşınından keçiririk. Duz istiot vurub yaxşı qarışdırırıq.



Cəfərini təmizləyib yuyub xırda doğrayırıq. (İstəsəniz cəfərini döyəcələyib suyunu sıxıb götürüb yemək hazır olmağa az qalmış əlavə edə bilərsiniz)



Tavada yağı qızdırıb çəfərini töküb qovururuq.



Cəfəri az öldükdə yuyulmuş qaysı ilə alçanı əlavə edib 2-3 dəqiqə qarışdırıb qovururuq.



Sonra üzünə çıxanadək su tökürük. Duz əlavə edirik.



Qarışdırdığımız ətdən xırda küftəciklər hazırlayıb yeməyə əlavə edirik.



Turşu kabab hazır olmağa az qalmış dadına baxıb duz və istiotuna əlavə edirik. Arada qarışdırırıq.Yağa düşdükdə hazır olacaq.



Plovu hazırlamaq üçün adi qaydada duzlu suda düyünü bişirib süzürük.



Plovu dəmə qoyacağımız qazana az yağ töküb qızdırırıq.



Qatıq ilə yumurtanı çalıb düyüdən də az töküb qarışdırıb qazanın dibinə qalınlığı 1 sm yayırıq.



Sonra qalan düyünün yarısını tökürük. Qalan yarısına isə dəmlənmiş zəfəran şirəsi ya da sarıkok töküb qarışdırıb qazana yığırıq.







Düyünün üstünə yağ töküb qazanın qapağına dəsmal qoyub örtüb vam odda dəm almağa qoyuruq. Plov 1 saata dəm alacaq.



Plov dəm alanda buluda çəkib üstünə qaynar yağ töküb qazmaqla bəzəyirik.







Turşu kababı başqa qabda plovun qanında süfrəyə verilir.



Nuş olsun!

OXŞAR YAZILAR
.Toyuğun döş əti ilə sobada kartoflu yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd kartof 4 x.q duru yağ 2 diş sarımsaq 50 q kaşar ya holland pendiri Duz İstiot Hazırlanması: Karto
.Toyuğun döş əti ilə bibərli yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd bibər (hər birinin yarısı) 4 x.q duru yağ 1 balaca baş soğan 50 q kaşar ya holland pendiri 3 x.q pomidor
.Sobada qiyməli badımcan
Ərzaqlar: 6-7 ədəd badımcan 350 q çəkilmiş ət 2 ədəd baş soğan 2 ədəd pomidor 2 x.q əridilmiş kərə yağı 2 diş sarımsaq Duz İstiot Badımcanlar
.Sobada qiyməli makaron 2
Ərzaqlar: 1 paket düz makaron 350 q çəkilmiş ət 1 ç.q pomidor ləti 3 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı 3 x.q duru yağ 100 q kaşar pendir
.Kirəmit qabda souslu kotlet
Ərzaqlar: 500 q çəkilmiş qoyun əti 2 ədəd baş soğan 6-7 ədəd kartof 6-7 ədəd pomidor 6 diş sarımsaq 1 ədəd yumurta 100 q kaşar ya da holland pe
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (09 aprel 2015 21:15)
Salam. Rayonlarımızda bir adla olan yeməyi çox müxtəlif hazırlayırlar. Biz də hansı resepti tapsaq onu bişirib qoyuruq. Fərqliliyini bişirən xanımlar bilir. Siz də həmçinin. Siz də bişirdiyiniz kimi bizə şəklini və reseptini göndərin sizdən gələn bölməsinə yerləşdirək. Təşəkkür edirik.
Elif (26 mart 2015 16:22)
bu yemek cenublulara xas olan yemekdir sadece adi eyni olsada erzaqlar hazirlanmasi ferqlidir men bu yemeyi cox gozel hazirlayiram cox sevilir bizim evde.Men ceferiniin 5 desdesin farsa 2 desdesin suyuna qatiran qetiyyen qaysi vurulmur suyuna qatilacaq ceferini et masinindan kecirirem yagda azca tamat pasdasi ile qovururam asca abqora ve ya limon suyu qatilir
sara (13 noyabr 2014 00:36)
salam
Reseptaz (20 avqust 2014 13:34)
Təşəkkür edirik.
humay (08 may 2014 21:35)
Ellernize sagliq inaniramki goruntu nece eladisa dadida hemcinin eladi

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.