Türk paxlavası





(Türk mətbəxi)

Ərzaqlar:



20 ədəd paxlavalıq yuxa
250 q kərə yağı
2 st çəkilmiş qoz ya da fındıq ləpəsi

Şərbət üçün
2 st su
2 st şəkər tozu

Hazırlanması:

Yağı əridib qoyuruq soyuyur.
Şərbəti hazırlamaq üçün şəkər tozu ilə suyu bir qazana töküb ocağa qoyuruq.
Qaynamağa başlayanda 5 dəqiqə kimi qaynadıb ocaqdan götürürük.



Yuxanı iki yerə bölürük.



Yarı yuxa alt qata yarı yuxa üst qata istifadə edirik.
Sonra qabı yağlayıb birinci yuxanı səririk. Yağlayırıq.



İkinci layı da eyni qayda ilə yağlayırıq.
Yuxanın yarısı bu qayda yağlanıb üst –üstə yığıldıqdan sonra qoz və ya fındıq ləpəsini tökürük.





Yenidən qalan yuxanı bir-bir sərib yağlayıb üst-üstə yığırıq.
Qalan yağı da üstünə töküb yayırıq.



Bıçaq vasitəsi ilə kəsirik



200 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk. Çıxaran kimi şərbəti üstünə tökürük.



Tamam soyuduqdan sonra çay süfrəsinə veririk.





Nuş olsun!


OXŞAR YAZILAR
.Çizkek
Ərzaqlar: Alt qatı üçün: 1,5 paket eti petit beurre 150 q kərə yağı İçliyi üçün: 600 qr labinə pendir 400 qr krem qaymaq 3 x.q un 3 ədəd yum
.Moruqlu tort 2
Ərzaqlar: Biskvit üçün: 12 ədəd yumurta 2 st şəkər tozu 2 st un 2 paket vanil Krem üçün: 200 qr pəhriz kəsmik 1 st şəkər tozu 200 q krem qaymaq
.Kəsmikli piroq 6
Ərzaqlar: Ovxantı üçün: 2,5 st un 200 qr yağ 1/2 st (yarım st.) şəkər tozu 1 paket vanil 1 paket qabartma tozu İçliyi üçün: 400 q pəhriz kəs
.Laz börəyi
(Türk mətbəxi) Ərzaqlar: 12 ədəd paxlavalıq yuxa 150 q kərə yağı Mühəlləbisi üçün: 1 ədəd yumurta sarısı 2 x.q un 2 x.q buğda nişastası
.Kəsmikli piroq 5
Ərzaqlar: Xəmir üçün: 200 q kərə yağı 1/2 st şəkər tozu 3 st un 2 ədəd yumurta 2 x.q kakao 1 paket qabartma tozu 1 paket vanil İçlik üç
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Anonim (03 oktyabr 2017 00:25)
Bes uzerine yumurta ve yaxud bawqa bir sey vurulmur qizarmasi ucun?
Reseptaz (02 oktyabr 2017 16:57)
Salam, bunu Türkiyədən gətirtdim, burada çox vaxt olmur. Oradan gələn olanda deyin adi `baklava yufkası` alsın, bütün Migros vəya Kipa marketlərdə olur...
lady (02 oktyabr 2017 10:35)
Salam bu lavaşı hardan alırsız və şəklini tam götürmək isdərdim mümkünsə

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.