Toyuq əti ilə pizza



(2 ədəd pizza üçün)

Xəmir üçün



Ərzaqlar:

3 x.q duru yağ
1 ç.q dolu duz
1 paket tez maya
1,5 st ilıq su
4 st ələnmiş un

Üstü üçün:




300 q toyuğun döş əti
6 x.q duru yağ
150 q pendir
Duz
İstiot
Çerri pomidoru ya da adi pomidor
Balaca dəstə cəfəri
Balaca dəstə göy soğan

Hazırlanması:

Pizza xəmirini hazırlamaq üçün baxın: pizza xəmiri






Toyuğun döş ətini yuyub təmizləyib duz və istiotlayırıq.
Tavada 4 x.q duru yağı töküb qızdırıb toyuq ətini qoyuruq.İki tərəfini qızardırıq.



Hazır olduqda doğrayırıq.



Pomidoru yuyuruq. Göyərtiləri təmizləyib yuyub xırda doğrayırıq. Pendiri sürtgəcdən keçiririk.



Soba qabına kalka kağızını sərib kündənin birini qoyub qalınlığı 0,5 sm olmaqla əlimiz ilə yayırıq.
Kündəni yaymağa başlayanda az yayıb sonra üstünə 1 x.q duru yağ töküb yenə yaymağa davam edirik.
Xəmiri yaydıqdan sonra üstünə duz istiot səpirik.



Ərzaqların yarısını ikinci pizzaya saxlayırıq.
Pendirin yarısını tökürük.



Toyuq ətinin yarısını tökürük.



Pomidorun yarısını iki bölüb yığırıq. Soğanın yarısını səpirik.



200 dərəcə qızmış sobada 15-20 dəqiqəyə bişiririk.



Hazır pizzanın üstünə doğranmış cəfərini səpib süfrəyə veririk.
İkinci pizzanı da bu qayda ilə hazırlayırıq.



Nuş olsun!


OXŞAR YAZILAR
.Yağlı xəmir ilə kartoflu piroq
Ərzaqlar: Kartof əzməsi, baxın:kartof əzmə 800 q yağlı xəmir. Zövqə görə şüyüd tökməyə də bilərsiniz. Üstü üçün: 1 ədəd yumurta Çörətotu Künc
.Poğaça 5
Ərzaqlar: Xəmir üçün: 100 q kərə yağı ½ st qatıq ½ st duru yağ 2 ədəd yumurta (bir ədəd üzü üçün sarısı saxlanılır) 1 paket qabartma tozu 1 ç
.Yağlı xəmir ilə səbzi qovurmalı qiyməli piroq
Ərzaqlar: 800 q yağlı xəmir 200 q hazır bişmiş qiymə 2 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı Göyərti (cəfəri, ispanaq, keşniş, şüyüd) hərəsindən b
.Pizza xəmiri
(2 ədəd pizza üçün) Ərzaqlar: 3 x.q duru yağ 1 ç.q dolu duz 1 paket tez maya 1,5 st ilıq su 4 st ələnmiş un Hazırlanması: Yağ, duz, maya v
.Yağlı xəmir ilə qiyməli piroq
Ərzaqlar: 350 q çəkilmiş ət 2 baş soğan Duz İstiot 2 x.q əridilmiş kərə yağı 800 q yağlı xəmir (hazır napoleon üçün xəmir) Üzü üçün: 1 ə
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (19 may 2017 09:31)
Salam, ətli hazirladiqda əti əvvəlcə suda yaxşı bişirin sonra didib üstünə səpin..
Turane (18 may 2017 16:18)
Salam.Cox beyendim.Ancaq men qoyun eti atmaq isteyirem.Olar???????????
Elif Kitabzade (03 mart 2017 17:10)
Índí biwirdim sobadadi insalahki dadli olar.sag olun
Reseptaz (02 mart 2017 09:09)
Salam, bəli ruscası drojdur. Ayla xanım qoyun ətinin specifik dadı olur, pizza üçün uyğun gəlmir.
Elif Kitabzade (02 mart 2017 01:13)
Maya bizim azeri dilinde droj du??
Ayla (01 mart 2017 21:37)
Toyuq etnin evzine qoyun eti qoymaq olarmi???

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.