Toyuq əti ilə buğlama


Ərzaqlar:


1 ədəd toyuq
1 ədəd bibər
3 ədəd pomidor
2 ədəd badımcan
2-3 diş sarımsaq
2 ədəd soğan
4 ədəd kartof
2-3 x.q əridilmiş kərə yağı
Duz
Istiot

Hazırlanması:

Bütün tərəvəzləri təmizləyib yuyuruq.Badımcanı doğrayıb duzlayırıq. 20 dəqiqəqaldıqdan sonar sıxıb acı suyunu yuyub yenidən sıxırıq.Soğan ilə sarımsağı doğrayırıq.
Pomidoru halqa doğrayırıq.

Kartofu qalın halqa doğrayırıq.

Bibəri nazık uzun doğrayırıq.

Toyuğu doğrayıb təmizləyib yuyuruq.

Üstünə duz və istiot səpib qarışdırıb qazanın dibinə yığırıq.


Toyuğun üstünə sarımsaq ilə soğanı səpirik.


Sonra bibəri və kartofu tökürük.

Badımcanı, pamıdoru düzüb üstünə yağını və duz istiotunu əlavə edirik.1 st su töküb ocağa qoyuruq.

Vam odda yemək yağa düşənədək bişiririk.


Nuş olsun!

OXŞAR YAZILAR
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
.Sobada tərəvəzli kotlet
Ərzaqlar: 500 kq çəkilmiş qoyun əti 4 ədəd balaca baş soğan 2 ədəd kök 1 ədəd bibər 4-5 ədəd pomidor 150 q pendir 1 x.q əridilmiş kərə yağı + 2
.Toyuğun döş əti ilə sobada kartoflu yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd kartof 4 x.q duru yağ 2 diş sarımsaq 50 q kaşar ya holland pendiri Duz İstiot Hazırlanması: Karto
.Toyuğun döş əti ilə bibərli yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd bibər (hər birinin yarısı) 4 x.q duru yağ 1 balaca baş soğan 50 q kaşar ya holland pendiri 3 x.q pomidor
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (15 dekabr 2015 09:46)
beli , zovqe gore muxtelif goyerti ve edave vurmaq olar, tez, asan ve dadli bir yemekdir..
xada (15 dekabr 2015 00:09)
menim tez tez seve seve biwirdiyim yemek.men keklikotu ve petruwka wuyud de elave edirem
Reseptaz (09 noyabr 2015 11:41)
nus olsun
xəyalə (08 noyabr 2015 17:34)
Yaxşıdı görünüşü göz oxşayır
Bişirəcəm
Reseptaz (16 sentyabr 2015 17:20)
cox sag olun
Efsane (16 sentyabr 2015 11:54)
Sizin resept.az superdiiiii

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.