Tez hazırlanan pizza



Ərzaqlar:

200 q xama

5 x.q mayonez

2 ədəd yumurta

1/2 ç.q duz

Aparanadək un.

Üzlük üçün:



Kolbasa

4 ədəd pomidor

2 ədəd şirin bibər

200 q sarı pendir

2-3 x.q mayonez

2-3 x.q ketçup

Duz

Hazırlanması:

Dərin bir qaba əvvəlcə 2 st un tökürük. Üstünə xamanı, mayonezi, yumurtanı və duzu əlavə edib qarışdırırıq.

Sonra yumşaq xəmir olanadək lazım olduğu qədər un töküb yumşaq xəmir düzəldirik.

Xəmiri iki hissəyə bölürük. Yəni bu ölçülərlə diametri 28-30 sm olan iki pizza alınır.


Pomidoru və bibəri yuyub doğrayırıq.

Kolbasanı doğrayırıq.

Pendiri sürtgəcdən keçiririk.

Qaba kağız qoyub kündənin birini diametri 28-30 sm olmaqla yayırıq.

Üstünə ketçup və mayonez çəkirik.

Pendirdən az səpirik.

Sonra kolbasa, pomidor və bibərdən yığırıq.

Duz səpib üstünə pendir səpirik.

210 dərəcə qızdırılmış sobada tam hazır olanadək bişiririk. Yəni baxmaq lazımdır ki xəmiri bişsin. Zövqə görə yayılmış xəmirin üstünə istədiyiniz üzlük töküb bişirə bilərsiniz.



Nuş olsun!

OXŞAR YAZILAR
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
.Sobada tərəvəzli kotlet
Ərzaqlar: 500 kq çəkilmiş qoyun əti 4 ədəd balaca baş soğan 2 ədəd kök 1 ədəd bibər 4-5 ədəd pomidor 150 q pendir 1 x.q əridilmiş kərə yağı + 2
.Toyuğun döş əti ilə sobada kartoflu yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd kartof 4 x.q duru yağ 2 diş sarımsaq 50 q kaşar ya holland pendiri Duz İstiot Hazırlanması: Karto
.Toyuğun döş əti ilə bibərli yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd bibər (hər birinin yarısı) 4 x.q duru yağ 1 balaca baş soğan 50 q kaşar ya holland pendiri 3 x.q pomidor
.Sobada qiyməli badımcan
Ərzaqlar: 6-7 ədəd badımcan 350 q çəkilmiş ət 2 ədəd baş soğan 2 ədəd pomidor 2 x.q əridilmiş kərə yağı 2 diş sarımsaq Duz İstiot Badımcanlar
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Gül (10 avqust 2016 12:05)
Mən pizza xəmiri hazırlayanda xama əvəzinə qatıq istifadə edirəm, 1-2 xörək qaşığı bitki yağı əlavə edirəm və soda vururam. Həm yumşaq alınır, həm də yaxşı qalxır bişirəndə. Qeyd edim ki, xəmiri gəlməsi üçün gözlətməyə ehtiyac duyulmur.
Gulnar2013 (09 aprel 2016 23:42)
edecem mutleq insallah
Aysel (04 aprel 2016 13:07)
Xanim bu resseptnen berk olmur??
Reseptaz (03 aprel 2016 22:53)
salam, xeyir qatilmir.
Aysel (03 aprel 2016 12:55)
Salam xanim coox xaiw edirem tez cavab yarazardiz.Bu xemire maya qatilmir???maya qatilmasa berk olmaz???birde xanim elle yayiriq xemiri???cooox xaiw edirem cavab yazardiz????
Zaza (28 yanvar 2016 21:07)
cox gozel cox dadli teshekkur
salihe (28 yanvar 2016 14:58)
cox dadli gorunur menimkinede baxin
aysu (31 oktyabr 2015 16:53)
Süper eliyecem
Reseptaz (02 avqust 2015 10:48)
nuş olsun
aytac (01 avqust 2015 22:12)
gozel alindi
aytac (01 avqust 2015 22:12)
gozel alindi
PERVANE (15 iyul 2015 17:08)
cox gozel
hecne (25 iyun 2015 22:53)
menin hecne men hecneyi bilmirem

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.