Tərəvəzli tel şəhriyyəli şorba



Ərzaqlar:


1 st tel şəhriyyə(xırda vermeşel)
2 st ət suyu
2 st su
2 x.q əridilmiş kərə yağı
2 ədəd baş soğan
1 ədəd böyük pomidor
2 ədəd kartof
1 ədəd kök
Balaca dəstə keşniş
Duz
Istiot

Hazırlanması:

Təmizlənib yuyulmuş soğanı xırda doğrayırıq.

Soğanın üstünə yağ və duz əlavə edib qızılı rəngdə olanadək qovururuq.

Kökü təmizləyib yuyub sürtgəcdən keçirib soğanın üstünə töküb 2-3 dəqiqə qovururuq.



Pomidoru yuyub qabığını soyub xırda doğrayırıq.


Doğranmış pomidoru kökün üstünə əlavə edib suyu çəkilənədək qovururuq.


Üstünə suyu və ət suyunu tökürük.


Qaynamağa başlayanda kartofu xırda doğrayıb tökürük.



15 dəqiqə kimi qaynadıqdan sonra tel şəhriyyəni əlavə edib qarışdırırıq.


Yeməyin kartofu və şəhriyyə bişdikdə yeməyin duz və istiotunu əlavə edib qarışdırıb ocaqdan götürürük.

Şorbanı süfrəyə verdikdə təmizlənib yuyulmuş keşnişi xırda doğrayıb üstünə tökürük.


Nuş olsun!

OXŞAR YAZILAR
.Kiçik küftələrlə noxudlu şorba
Ərzaqlar: 1 st bişmiş noxud 3 x.q yumru düyü 2 st qatıq 2 x.q un 6 st su Küftə üçün: 250 q çəkilmiş ət 1 baş soğan Duz İstiot 1 x.q nanə
.Qatıqlı bulğur (yarma) şorbası
Ərzaqlar: 1 st bulğur 1 ədəd yumurta 1 x.q un 2 st qatıq 9 st su Duz 2 x.q əridilmiş kərə yağı 1 x.q nanə qurusu Hazırlanması: Bulğuru y
.Qaymaqlı brokoli şorbası
Ərzaqlar: 500 q brokoli 1 ədəd kök 1 ədəd kartof 1 ədəd baş soğan 1 paket krem qaymaq 2 x.q un 2 x.q əridilmiş kərə yağı Duz İstiot Su (ət y
.Sadə əriştə şorbası
Ərzaqlar: 2 ədəd yuxanın kəsilmiş əriştəsi 2 x.q əridilmiş kərə yağı 4-5 ədəd sarı alça qurusu Ç.q ucunda sarıkök Duz İstiot 6 st ət ya da toy
.Tərəvəzli mərci şorbası
Ərzaqlar: 1 st mərci 1 ədəd kök 1 ədəd bibər 1 ədəd kartof 2 ədəd baş soğan 1 ç.q pomidor ləti 2 x.q əridilmiş kərə yağı 1 ç.q un Duz İstiot
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (18 sentyabr 2016 20:25)
Nuş olsun..
Seva (16 sentyabr 2016 17:55)
Dadlı alındı, reseptə görə təşəkkürlər
Reseptaz (27 iyul 2015 10:53)
tesekkurler
MEHRIBAN (26 iyul 2015 22:53)
hemiweki kimi elasiz ,chox sag olun elleriniz var olsun ,
mah (26 iyul 2015 14:34)
gorunusu cox qesendi.Eminem dadi da gorunusu qeder var.Resept.az size eklerle bagli bir sualim var yumurtalari xemire eleve etdikden sonra mikserle caliriq ya adi gasiqla?

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.