Tərəvəzli mərci şorbası



Ərzaqlar:



1 st mərci
1 ədəd kök
1 ədəd bibər
1 ədəd kartof
2 ədəd baş soğan
1 ç.q pomidor ləti
2 x.q əridilmiş kərə yağı
1 ç.q un
Duz
İstiot
Su
Zövqə görə nanə və kəklikotu qurusu

Hazırlanması:

Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.



Kök, kartof və bibəri də təmizləyib yuyub doğrayırıq.



Soğanı qazana töküb yağ az duz töküb qızılı rəngdə olanadək qovururuq. Sonra üstünə pomidor tomatını əlavə edib qarışdırırıq.



Doğradığımız tərəvəzləri də əlavə edib 2-3 dəqiqə qarışdırırıq.



Yuyulmuş mərcini də əlavə edib qarışdırırıq.



Unu töküb 2-3 dəqiqə qarışdırıb suyu əlavə edirik.



Tərəvəzlər tam bişdikdə ocaqdan alıb blenderdən keçiririk. Zövqə görə duz və istiotunu tökürük.





Qatılığına baxırıq. Əgər qatıdırsa əlavə qaynar su tökürük.
Yenidən ocağa qoyub 3-5 dəqiqə qaynadıb götürürük.
Yeməyi isti-isti süfrəyə verdikdə zövqə görə üstünə nanə və kəklikotu səpirik.



Nuş olsun!

OXŞAR YAZILAR
.Brokoli şorbası
Ərzaqlar: 2 balaca baş brokoli 1 ədəd baş soğan 1ədəd kartof 1 ədəd kök 2 x.q əridilmiş kərə yağı 1 ç.q un Duz Istiot 5 st su ya da ət suyu
.Kartof ilə noxud şorbası
Ərzaqlar: 1 st bişmiş qabığı soyulmuş noxud 2 ədəd kartof 2 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı 1 x.q pomidor məti(tomat) 1 x.q un 1 ç.q qur
.Darı şorbası
Ərzaqlar: 1/2 st darı 2 ədəd baş soğan 1 x.q pomidor məti(tomat) 2 x.q əridilmiş kərə yağı 1 ç.q nanə qurusu Duz İstiot 5 st ət ya da toyuq suy
.Kartof ilə noxud şorbası
Ərzaqlar: 1 st bişmiş qabığı soyulmuş noxud 2 ədəd kartof 2 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı 1 x.q pomidor məti(tomat) 1 x.q un 1 ç.q qur
.Pomidor şorbası
Ərzaqlar: 6 ədəd pomidor 2 x.q əridilmiş kərə yağı 1 x.q dolu un 5 st su ( ət ya da toyuq suyu) Duz Istiot Kaşar pendir(zövqə görə) Hazırlanması
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz


Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.