Sultan kababı


(Türk mətbəxi)

Ərzaqlar:



8-10 ədəd yuxa
500-600 q toyuğun döş əti
2-3 x.q əridilmiş kərə yağı və 5-6 x.q duru yağ
3-4 ədəd badımcan
1 ədəd qırmızı bibər
2 ədəd baş soğan
3 diş sarımsaq
1 x.q pomidor məti(tomatı)
Duz
İstiot

Beşamel sos üçün:
2 x.q yağ
2 x.q un
2 st süd
Duz
İstiot

Üzü üçün:
100 q kaşar ya da holland pendir

Hazırlanması:

Tərəvəzlərin hamısını təmizləyib yuyuruq.
Badımcanı aralı qabığını soyub doğrayırıq. Duzlu suda 20 dəqiqə saxlayırıq.



Soğan ilə sarımsağı xırda doğrayıb tavaya tökürük. Üstünə yağ və az duz əlavə edib qızılı rəngdə olanadək qovururuq.



Toyuğun döş ətini yuyub xırda doğrayırıq.



Qovrulmuş soğanın üstünə töküb 5-10 dəqiqə qarışdırırıq.



Qırmızı bibəri xırda doğrayıb ətin üstünə tökürük.




Pomidor tomatını əlavə edib qarışdırırıq. Düz və istiotunu töküb qarışdırırıq. Vam odda bişməyə qoyuruq.



Beşamel sosu düzəldirik. Unu yağda qovurub üstünə südü əlavə edirik. Qarışdırırıq. Qatılaşanadək bişiririk. Duz və istiotunu tökürük. Qoyuruq bir kənara.



Badımcanı sudan çıxarıb yuyub sıxırıq. Sonra yağda qızardırıq. Az duz səpirik.



Qızarmış badımcanı ətin üstünə töküb qarışdırırıq.



Yuxanın birini götürüb balaca kasaya yerləşdiririk.



İçinə hazıradığımız toyuğun döş ətinin bişmişindən tökürük.



Sonra yanları ortaya doğru bükürük.



Çevirib soba qabına qoyuruq. Bu şəkildə hamısını düzəldirik.




Beşamel sosdan üstünə tökürük.



Pendiri sürtgəcdən keçirib üstünə səpirik.



200 dərəcə qızdırılmış sobada üzü qızaranadək bişiririk.



Yeməyi isti-isti süfrəyə veririk.



Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (05 sentyabr 2016 09:27)
Nuş olsun
Arzu Mirzeyeva (03 sentyabr 2016 17:12)
Vallah...mende cox beyendim.serhlere bakilirsa dadli biseydi.hazirliyacam insallah:))))
Reseptaz (25 avqust 2016 13:06)
Nuş olsun.
qsloves (25 avqust 2016 13:02)
Cooox super alindi. Dadlidi olduqca. Cox tewekkurler resept ucun
Ayan (12 iyul 2016 11:08)
salam
Reseptaz (10 iyun 2016 08:41)
Çox sağ olun.
Sevinc (10 iyun 2016 00:47)
Ellerinize sagliq . Men yeni Daxil oluram sayta Cox Beyendim . Hazirlamaq da asan oldu mene sekiller oldugu ucun . Tesekkur edirem
meryem (02 aprel 2016 11:08)
cox gozel saytdi yemekleri sekillernen gosderirsiz bu isimizi dahada asnlasdirir cox cox tesekkur edirem
Reseptaz (24 mart 2016 10:49)
salam. çox sağ olun.
sevicka (23 mart 2016 22:19)
Cox gozel gorunur badimcandan hazirlanannyemekleri cox sevirem...arada saytnzda prablem olur nolar baglamayin bu sayti burani cox sevirem ellerinize saglig

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.