Südlü aş



(Azərbaycanın südlü aş növlərindən biri)

Ərzaqlar:



1,5 l süd

3 st düyü

3 x.q əridilmiş kərə yağı

100-150 q xurma

100-150 q kişmiş

2 -3 x.q şəkər tozu

Zəfəran ya da sarıkök

Təxminən dolu 1 ç.q duz

Qazmaq üçün:

3 x.q qatıq

1 ədəd  yumurta


Hazırlanması:

Əvvəlcə düyünü 4-5 dəfə yuduqdan sonra suda 1-2 saatlıq islağa qoyuruq.



Süd qaynayanda duz əlavə edib düyünü tökürük. Adi qaydada bişməyə az qalmış şəkər tozunu əlavə edirik. (Əgər zəfəranı töksəniz zəfəran suyunu da əlavə edirsiniz.)



Süzüb düyünün üstünə sarıkök səpirik.



Qazanın içinə az yağ töküb əridirik. Qazmağı hazırlayırıq. Qazanın dibinə az düyü töküb yumurta ilə qatığı qarışdırıb əlavə edib 1 sm qalınlıqda yayırıq.



Qalan düyünü qazmağın üstünə töküb yağ əlavə edib dəm almağa qoyuruq. Aş 1 saata dəm alacaq.



Kişmiş ilə xurmanı təmizləyib yuyuruq. Üstünə az yağ əlavə edib bişiririk.





Aşı qaba çəkib yağ töküb üstünü kişmiş və xurma ilə bəzəyirik.



Bu aşı zövqə görə şəkər tozu, əncir mürəbbəsi, bal və s yeyirlər.

Nuş olsun!

OXŞAR YAZILAR
.Toyuğun döş əti ilə sobada kartoflu yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd kartof 4 x.q duru yağ 2 diş sarımsaq 50 q kaşar ya holland pendiri Duz İstiot Hazırlanması: Karto
.Toyuğun döş əti ilə bibərli yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd bibər (hər birinin yarısı) 4 x.q duru yağ 1 balaca baş soğan 50 q kaşar ya holland pendiri 3 x.q pomidor
.Sobada qiyməli badımcan
Ərzaqlar: 6-7 ədəd badımcan 350 q çəkilmiş ət 2 ədəd baş soğan 2 ədəd pomidor 2 x.q əridilmiş kərə yağı 2 diş sarımsaq Duz İstiot Badımcanlar
.Sobada qiyməli makaron 2
Ərzaqlar: 1 paket düz makaron 350 q çəkilmiş ət 1 ç.q pomidor ləti 3 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı 3 x.q duru yağ 100 q kaşar pendir
.Kirəmit qabda souslu kotlet
Ərzaqlar: 500 q çəkilmiş qoyun əti 2 ədəd baş soğan 6-7 ədəd kartof 6-7 ədəd pomidor 6 diş sarımsaq 1 ədəd yumurta 100 q kaşar ya da holland pe
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (02 iyun 2016 09:18)
Çox sağ olun.
Fezile (01 iyun 2016 12:35)
gozel reseptler ucun tesekkur edirem
Aygun (11 oktyabr 2015 21:35)
resept ucun coox sag olun
Aygun (11 oktyabr 2015 21:35)
resept ucun coox sag olun
Aygun (11 oktyabr 2015 21:35)
resept ucun coox sag olun
Reseptaz (13 mart 2015 21:47)
Südlü aşın siz deyən kimi də resepti var. Təşəkkür edirik.
amine (13 fevral 2015 13:49)
Salam olmazki kismisi xurmani duyunun icine qoyub dema qoyasan
Rahile (11 yanvar 2015 17:14)
yemeklerin pisirilmesi
Arif (22 oktyabr 2014 23:46)
qazmaQ

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.