Su çərşəmbəsi - Əzəl çərşəmbə



Su təmizlik saflıqdır. Su hər şeyin əzəli və çıxış nöqtəsdir. Su çərşəmbəsində təbiət hələ yuxuludur. Ona görə də insanlar " Ay çərşəmbə, sən mənimlə çərşəmbələşsən də, mən səninlə çərşəmbələşəcəyəm, çərşəmbələşməsən də" deyirlər.
Su çərşəmbəsi "Əzəl Çərşəmbə", "Əvvəl Çərşəmə", adlarıyla da bilinir. Boz ayın 4 müqəddəs çərşəmbəsindən ilki olan su çərşəmbəsində günəş doğmadan su başını gedərlər, təzə suda yuyunarlar, yaralıların yaralarına su səpərlər, bir-birini suyla çiləyər, arx üstündən atlanarlar. Əski inama görə su çərşəmbəsində günəşin şəfəqi görünən anda şüaların toxunduğu su təzə və müqəddəs sayılır. Həmin suda yuyunan arzusuna çatarmış. Səsi batıb danışa bilməyənlərə çərşəmbə suyu içirdərlər. Tədqiqatçıların fikrincə "Xızırın dirilik çeşməsindən su içdiyi və Koroğlunun Qoşa Bulaqdakı köpüklü su götürdüyü gün "əzəl çərşəmbə" olub. Babalarımız su qırağında, bulaq başında, arx kənarında suya müraciətlə nəğmələr oxuyurdular: "Allah məni su elə, su gözəllər yüküdür" yalvarışında ilkinə dönüş ideyası əks edilib. Nəğmələrimizdə analar çaylardan, göllərdən qürbətdəki oğlanlarının sorağını istərlər. Su çərşəmbəsində erkən durub axar sudan, bulaqdan, çaydan "lal su" gətirərlər. Yəni suyu evə gətirənədək heç kimlə danışmazlar. Bu su ilə hətta fala da baxmaq olar.
Dinlərin demək olar ki, hamısında ibadətdən əvvəl yuyunmaq, dəstəmaz almaq və böyük bayramda zamanı yeməyi su ilə salavatlamaq ritualı da var. İnsan Tanrının qarşısına təmiz şəkildə çıxmalıdır. Su hər mənada təmizlikdir.

Su çərşəmbəniz mübarək!


OXŞAR YAZILAR
.Xoş gəldin, RAMAZAN!
Əziz izləyicilərimiz, Resept.az olaraq sizləri Ramazan ayı münasibəti ilə təbrik edir və süfrələrinizin daim bərəkətli olmasını arzu edirik. Bu ay köməkləşmə
.Torpaq Çərşənbəsi
Xalq ədət-ənənəsinə görə, Novruz bayramından öncə sürən Boz ay ərzində su, od, yel və torpaq çərşənbələri qeyd edilir. Xalq mövhumatına əsasən, birinci çərş
.8 Mart Beynəlxalq Qadınlar günü
Bütün dünyada qeyd edilən bu gün, xanımların ən sevimli və sevincli günlərindən biridir. Bəzi tarixçilərin fikrincə, 8 martın təqvimə qırmızı rəqəmlərlə dü
.Yel çərşənbəsi
Bu gün Azərbaycanda Yel çərşənbəsidir. Yel çərşənbəsi günündə əsən isti küləklər yazın gəlişindən xəbər verir. Xalq arasında "Külək oyadan çərşənbə
.Yeni İliniz Mübarək!
Bu gün təqvimlərdən bir yarpaq daha əksilir. 2016 başa çatdı, 2017-ni qarşılayırıq... Bu günün Azərbaycan xalqı üçün başqa bir əhəmiyyəti var. Bu gün Həmrəy
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
jay lighting (23 fevral 2016 20:55)
SU CERSEMBENIZ MUBAREK !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!
Gulya (23 fevral 2016 17:16)
Cersebbeniz mubarek
Reseptaz (23 fevral 2016 14:20)
sizlerle bahem
NUR (23 fevral 2016 13:51)
Su çersenbeniz mubarek.Caniniz sag sufreniz naz nemetli olsun
xanim (10 mart 2014 11:17)
novruz bayrami cox gozel bayramdir .ONUN adet-eneneleri de ozu kimi gozeldir men butun azerbaycanlilari uzumu tutub deyirem bayraminiz mubarek !
ilqar (01 mart 2014 13:20)
men bu sayti beyendim.Amma basqa cersembeler haqqinda da olsaydi cox yaxsi olardi

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.