Sosiskalı bulka



Ərzaqlar:



1/2 st duru yağ (qarğıdalı veya zeytun)
2 ədəd yumurta
2 st süd
6 st un(aparanadək)
1 ç.q duz
2 ç.q şəkər tozu
1 paket maya
Sosiska
Mayonez
Ketçap
pendir

Hazırlanması:

Südü ilıq isidirik. Undan başqa bütün ərzaqları dərin bir qaba töküb qarışdırırıq.



Sonra undan az-az əlavə edib qarışdırıb əlimiz ilə yumşaq xəmir yoğururuq.



Xəmirin üstünü örtüb 1 saat acımağa qoyuruq.





Acıdıqdan sonra qozdan böyük kündələrə bölüb kündələyirik.



Kündənin birini götürüb yayırıq.
İçinə sosiska qoyub bükürük. Ortadan bıçaqla kəsirik.



İki kündəni bu şəkildə düzəltdikdən sonra şəkildəki kimi birləşdiririk.





Üstünə mayonez, ketçap çəkib, pendiri sürtgəcdən keçirib üstünə səpirik.



Hamısını bu şəkildə düzəldirik. Soba qabına yığırıq.



Üzünə yumurta sarısı vurub 210 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk.



Nuş olsun!

OXŞAR YAZILAR
.Yağlı xəmir ilə qiyməli piroq
Ərzaqlar: 350 q çəkilmiş ət 2 baş soğan Duz İstiot 2 x.q əridilmiş kərə yağı 800 q yağlı xəmir (hazır napoleon üçün xəmir) Üzü üçün: 1 ə
.Yağlı xəmir ilə nutellalı gül 2
Ərzaqlar: Yağlı xəmir Nutella Üzü üçün yumurta Hazırlanması: Böyük ölçülü yağlı xəmiri uzununa iki yerə bölürük. Sonra hər birinə
.Yağlı xəmir ilə qiyməli kökə 2
Ərzaqlar: 10 ədəd kvadrat yağlı xəmir 250 q hazır bişmiş qiymə 100 q kaşar ya da holland pendiri Üzünə çəkmək üçün 1 ədəd yumurta Üzünə səp
.Kartoflu gül börək 2
Ərzaqlar: 4 ədəd hazır börək yuxası 4-5 ədəd kartof 2 ədəd baş soğan 1/2 st duru yağ(qarğıdalı ya zeytun) 1 st süd 1 x.q əridilmiş kərə yağı 1
.Yağlı xəmir ilə qiyməli kökə
Ərzaqlar: Yağlı xəmir Hazır bişmiş qiymə Üzü üçün yumurta Çörəkotu Küncüt Hazırlanması: Kvadrat şəklində olan yağlı xəmiri şəkildəki kimi
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (06 oktyabr 2016 22:12)
Çox sağ olun..
mina (06 oktyabr 2016 14:07)
Dilber Ramiz qızı size can sağlığı xoşbextlik aile saedeti arzulayırıq 100 yaşıyın ve resepleri tez tez paylaşın
mina (06 oktyabr 2016 14:06)
size minnetdarlığımızi bildiririk xanım

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.