Şor qoğal



Azərbaycanın milli şirniyyat növlərindən biridir.

Ərzaqlar:

Xəmir üçün:



1 kq un

2 yumurta

1/2 ç.q sarıkök

1 ç.q dolu duz

2  st süd (ehtiyac olsa aparanadək əlavə edirik)

1ç.q quru maya

İçlik üçün:



2 st un

1 ç.q duz

10-11 x.q əridilmiş kərə yağı

1/4 ç.q  istiot

2 ç.q cirə

2 ç.q razyana

1/3 ç.q sarıkök

Yağlamaq üçün:

400-450 q kərə yağı

Üzü üçün:

1 ədəd yumurta

Xaş-xaş


Hazırlanması:

Xəmiri hazırlamaq üçün stəkana mayanı töküb ilıq süddə qarışdırırıq. 5-10 dəqiqə qalıb köpüklənir.



Südü ilıq qızdırıb sarıkök töküb qarışdırırıq.



Bir qaba unu ələyirik. Unun ortasını açırıq. Yumurtanı sındırırıq, duzu səpirik, mayanı və sarıköklü südü əlavə edirik.



Xəmiri qarışdırıb tam həll olanadək yoğururuq. Yumşaq xəmir olur. Xəmirin üstünə sellofan çəkib dəsmal qoyub acıması üçün üstünü örtürük.



İndi isə içliyi hazırlayaq. Unu tavaya töküb qazın üstündə qızılı rəngdə olanadək dayanmadan qarışdıra-qarışdıra qovururuq.



Hazır olanda başqa qaba tökürük soyuyur. Soyuduqdan sonra duz, istiot, sarıkök, razyana və cirəni töküb qarışdırırıq.



Hazır kütləyə əridilmiş yağı əlavə edib yaxşı qarışdırırıq.



İçlik hazırdır.



Yuxaları yağlamaq üçün yağı qabda əridirik .



Üzünə çəkmək üçün yumurtanı bir qaba sındırırıq.



Xəmir 2 saata acıyır.



Xəmirdən 15-16 kündə düzəldirik. 5 dəqiqə qalır kündələr özünə gəlir.



Nazik yuxa yayırıq.







Yuxaların hər layını bir az dartıb böyüdürük və yağlayırıq.





Bütün yuxalar qurtardıqdan sonra kəsib hazırlayırıq.







Ortasını aralayıb içlik qoyub ağzını bükürük.









Azca əlimizlə yayıb qurumasın deyə üstünü sellofan ilə örtürük.



Hazır qoğalların üzünü çevirib əlimizlə az yayıb qaba düzürük. Üzərini yumurtalayb xaş-xaş səpirik.



220 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk.





Nuş olsun!


OXŞAR YAZILAR
.Korjik
Ərzaqlar: 200 q kərə yağı 200 q xama 1,5 st şəkər tozu 3 ədəd yumurta 1 paket vanil 1 paket qabartma tozu Bir çimdik duz Un aparanadək (6 st)
.Kakaolu biskvit 2
Ərzaqlar: 5 ədəd yumurta 1 st başından 2 x.q az un 2 x.q kakao 1 st şəkər tozu 1 paket qabartma tozu 1 paket vanil Hazırlanması: Yumurtanın a
.Portağallı çızkek
Ərzaqlar: 150 q qurabiyə 100 q kərə yağı İçlik üçün: 400 q labinə pendir 3 ədəd yumurta 1 paket qaymaq ½ st şəkər tozu 1x.q un 1x.q nişasta
.Qozlu qurabiyə 2
Ərzaqlar: 200 q yumşaq kərə yağı 1 st qoz ləpəsi 2-3 ədəd yumurta 1 st pudra şəkər 1 paket qabartma tozu 1 paket vanil Un aparanadək Haz
.Kəsmikli piroq 2
Ərzaqlar: Xəmir üçün: 200 q kərə yağı ½ st şəkər tozu 2 ədəd yumurta sarısı 2 st un 1 paket qabartma tozu 1 paket vanil İçlik üçün: 600
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
səba (15 aprel 2017 15:43)
Super
perviz (15 aprel 2017 15:42)
Çox gözəl görünür bişirəcəm.əllərinizə sağlıq
Celal (19 mart 2017 14:49)
Allah komeyiniz olsun ki bilmeyenlerede oyredirsi menim xanim sizin sayenizde veziyyetden cixir))))))))
emine (19 mart 2017 10:52)
yaxwidi bu resept amma bir wey soruwmaq isdirem olmaz ki sudun yerine qatiq qataq deyiller sud qa
tanda tez quruyur qatiq qatanda yumwaq olur
reki (16 mart 2017 18:18)
tesekkurler.indi hazirlayiriq
Reseptaz (14 mart 2017 13:50)
Təşəkkürlər...
sevinc (14 mart 2017 11:18)
sadece super ellerinize saqliq
savasci kiz (13 mart 2017 16:19)
qogaliniz xosuma geldi.eledim cox dadli cixdi.hamiya nus olsun.
ELŞƏN (05 mart 2017 18:35)
Şor qoğal resebti
Reseptaz (29 dekabr 2016 12:01)
Salam, xəmir təxminən 2 saata gəlir, vaxtınızı təxminən ona görə tənzimləyin.
lale (27 dekabr 2016 23:12)
Salam resept az coox xaiw edirem tez cavab yazardiz.Men isteyirem gece yogurub xemiri seher hazirlayib biwirim coooox xaow edirem tez tez cavab yazardiz bir ziyyan olar ele ne olar teez cavab yaxardiz ???????
Reseptaz (26 dekabr 2016 09:24)
Salam, mən 15-16 ilə edirəm, amma siz 7-8 ilə də etmək olar
Jale (24 dekabr 2016 21:27)
Salam nece kunde ust uste yigib yaglamisiz
Jale (24 dekabr 2016 21:26)
Nece gunde ust uste yigib yaglamisiz
Leyla (11 dekabr 2016 10:51)
Qatların sayı nə qədər olmalı
gunay (27 noyabr 2016 21:56)
Salam xanim necesiniz . Size bir sualim olacaq kundeler boyuk olmalidi?
mina (07 oktyabr 2016 12:02)
xanim siz nece bisirirsiz
mina (07 oktyabr 2016 12:02)
deymez xanım
Gulu (07 oktyabr 2016 12:00)
tesekkur edirem
mina (07 oktyabr 2016 11:48)
birdeki onuda qeyd edim gulya xanım siz içliyi her qata vurmuyun , her qata vuranda hem qoğal ağırlaşır hemde qalxmır xırt xırt olmur
mina (07 oktyabr 2016 11:47)
gulu xanım qoğalların üstüne yumurta vurub xaş vurannan sonra liste gözlüyün 15-20 deq qalsin sonra peçə qoyun, peçi isidin sonra
mina (07 oktyabr 2016 11:42)
siz qoğalları liste qoyannan sonra bir basa duxovkaya qoymayın gozlədin
mina (07 oktyabr 2016 11:40)
xanım uksus söhbeti bos sohbetdi
Gulu (07 oktyabr 2016 10:10)
salam cox xahis edirem izah edesiniz sor qogalin xemirine sizin resepden basqa ne qataq ki bele gozel alainsin/ bizde bele alinmir. qogallar cox qalxmir ve xirt xirt olmur deyirler bir qasiq da uksus elave etmek gerekdir bu dogrudurmu tesekkur edirem
Reseptaz (22 may 2016 21:29)
Salam, növbəti dəfə süd ilə bişirin ümid edirəm ürəyinizcə alınar.
melek (22 may 2016 15:23)
salam.bagiwliyin narahat edirem o gun biwirdim ama sudnen yox su ile eledim biraz istediyim kimi yumusaq olmadi xirt xirt oldu hemde cox wiwmedi necen olr?tewekkur edirem
Reseptaz (19 may 2016 09:06)
çox sag olun. faydamız toxunubsa bu bizim üçün yeterlidir.
Aygun (18 may 2016 21:45)
Allah razi olsun sizden,duwunurdum ki hec vaxt risk edib biwirmerem , lakin siz cox aydin wekilde anlatmisiz . Sizin reseptiniz ile uje 4cu defe biwirirem , cox dadli alinib . Bizimle paylawdiginiz ucun tewekkur edirem size!
sungurlar (30 mart 2016 19:04)
ela indi bisirrem
Reseptaz (25 mart 2016 15:18)
Nuş olsun..
Leyla (24 mart 2016 12:49)
Cox ela.Bu il bu reseptlerden istifade eledim.Butun sirniyyatlarim mohtesem alindi
Reseptaz (23 mart 2016 15:52)
Təşəkkürlər
kukulka (22 mart 2016 14:24)
supeeeerrr cooooooooox isime yaradi herkese tovsiyye edirem
Reseptaz (15 mart 2016 21:40)
TƏşəkkür edirik.
Arzu (15 mart 2016 17:04)
Cox qeweng
Reseptaz (14 mart 2016 22:17)
Salam. Cirə ədavadır Təşəkkür edirik. Nuş olsun.
mensur (14 mart 2016 17:04)
eladi
Asbaz (11 mart 2016 16:52)
Cirə mədir????
............... (11 mart 2016 15:51)
salam
Lemka (09 mart 2016 19:28)
Tesekkur edirem ama beyennedim!!!

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.