Şokoladlı qozlu güllaç



Ərzaqlar:



7 yarpaq güllaç

4 st süd

1 st şəkər tozu

1 x.q gül suyu

2 x.q kakao

50 q şokolad

50-100 q qoz ləpəsi ya da antep fısdığı

3-4 x.q kakos

12-15 ədəd albalı


Hazırlanması:

Şəkər tozu ilə kakaonu qarışdırıb üstünə südü töküb ocağa qoyuruq. Dayanmadan qarışdırırıq. Qaynarlaşanda götürüb kənara qoyuruq. Üstünə gül suyu əlavə edib qarışdırırıq.



Güllac yarpaqlarını dörd yerə bölürük. Qoz ləpəsini bıçaqla doğrayırıq. Şokayadı sürtgəcdən keçiririk.




Qaba güllac yarpaqlarını düzüb üstünə ilıq süd qarığıçından tökürük.




Yenə eyni qayda ilə yarpaqdan yığıb üstünə süd tökürük və qoz ləpəsi səpirik.



Yenidən üstünə güllac yarpağı düzürük süd töküb şokaladın yarısını səpirik.



Qalan güllacları eyni qayda ilə yığıb süd tökürük. Qalan südün hamısını da ən son üstünə töküb əlimiz ilə üstündən basırıq.



Qoyuruuq 10 dəqiqə kimi islanır. Sonra kvadrak formada bıçaqla kəsirik.



Hər kvadratın ortasına şokolad, qoz və kakos səpib ortasına albalını qoyuruq.



Ən azıı 2-3 saat soyuducuda qaldıqdan sonra kəsib süfrəyə verə bilərsiniz.



Nuş olsun!


OXŞAR YAZILAR
.Qurabiyə tortu
Ərzaqlar: ½ banka qatılaşdırılmış süd 50 q qoz ləpəsi 50 q qara kişmiş 50 q tünd şokalad Üstü üçün: 200 q krem qaymaq 190 q tünd şokalad
.Bananlı çiyələkli tort
Ərzaqlar: Bizkvit üçün: 6 ədəd yumurta 1 st şəkər tozu 1 st un 1 paket qabartma tozu 1 paket vanil Krem üçün: bax qaymaqlı krem 3 ya da maska
.Cemli piroq
Ərzaqlar: 200 q kərə yağı 1 st şəkər tozu 2 ədəd yumurta 1 paket qabartma tozu 1 paket vanil 3 st un İçlik üçün: 200 q cem Hazırlanması:
.Qu quşu pirojnası
Ərzaqlar: 4 ədəd yumurta 1 st un 1 st süd ya su Bir çimdik duz 100 q kərə yağı Krem üçün: İstədiyiniz növdə krem istifadə edə bilərsiniz Ha
.Şokaladlı çizkek (cheesecake) 2
Ərzaqlar: 400 q labnə pendiri 1 paket krem qaymaq 1 st şəkər tozu 3 x.q nişasta 4 ədəd yumurta 1 paket vanil 185 q qrabiyə 125 q kərə yağı
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (08 avqust 2014 09:35)
Gullac, turk metbexinden bir sirniyyatdir ve xususen Ramazan ayinda cox istifade edilir. Hadir Gullac yuxalari bu erefede marketlerde olur, men Bazarstordan alirdim...
asnai (07 avqust 2014 23:13)
Mən Azərbaycanda yaşasam da güllac nədir başa düşmədim, zəhmət olmasa tərif verin nədir güllac və harda satılır.
mirxosrov (07 avqust 2014 15:47)
xo.lad;m
Aysel (29 iyul 2014 09:49)
Salam! Zehmet olmasa deyerdiz gullac nedir,men rusiyada yashayiram axtarim gorum burda var ya yox.

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.