Şokaladlı mürəbbəli şirin çörəklər




Ərzaqlar:



2 st süd
1 st duru yağ
1 ədəd yumurta
1/2 ç.q duz
3 x.q şəkər tozu
1 paket tez maya
1 paket vanil
Un aparanadək
İç üçün:
Nutella,çem və mürəbblər
Üz üçün: 1 ədəd yumurta

Hazırlanması:

Südü ilıq istidirik.
Südü, yağı, mayanı, duzu, yumurtanı, şəkər tozunuvə vanili bir qaba töküb qarışdırırıq.



Ələnmiş undan az-az töküb qarışdırırıq.Yumşaq xəmir düzəldirik.



Xəmiri qoyuruq isti yerdə 1-1,5 saata açıyır.



Xəmir açıdıqdan sonra ondan 8 kündə düzəldirik.



Bir çörək üçün 4 kündə olur.Bu xəmirdən 2 ədəd şirin çörək alınır.
Kündənin birini götürüb 1 sm qalınlıqda yayırıq. Oxlaovla ya da əl ilə



Üzünə nutella çəkirik.



İkinci və üçüncü kündəni də eyni qayda ilə yayıb üst-üstə qoyub nutella çəkirik.
Dördüncü xəmiri qoyuruq.



Xəmirin ortasna stəkan qoyub bıçaqla 16 yerə bölürük.



Sonra iki-iki əlimizlə alıb iki dəfə burub qoyuruq.Şəkildəki kimi çörəyi düzəldirik.(Yaxşı olar ki, xəmiri bir başa soba qabının içində edəsiniz ki, götürdükdə forması pozulmasın. Əgər etsəniz onda yanları ortaya sıra ilə qatlayıb əlinizə alıb qaba qoyub orda qatladığınız kimi açarsınız)



15-20 dəqiqə saxlayırıq.Sonra üzünə yumurta çəkirik.



200-210 dərəcə qızdırılmış sobada üzü tam qızıarana kimi bişiririk.



Eyni qayda ilə ikinci çörəyi hazırlayırıq.
Mən ikinçi çörəyə böyürtkən mürəbbəsi istifadə etdim.









Nuş olsun!

OXŞAR YAZILAR
.Şokoladlı qozlu piroq
Ərzaqlar: Ovxantı üçün: 200 q yumşaq kərə yağı 1/2 st şəkər tozu 2,5 st un 50 q şokolad 50 q qoz ləpəsi Arası üçün: 100 q tünd şokolad 1 ba
.Almalı qozlu keks
Ərzaqlar: 1 st şəkər tozu 1 st süd ½ st duru yağ 3 ədəd yumurta 50 q qoz ləpəsi 2 ədəd alma 1 paket qabartma tozu 1 paket vanil ½ st buğda ni
.Ananaslı kiçik kekslər
(15 ədəd muffin üçün) Ərzaqlar: 5 ədəd konserv olunmuş ananas halqası 200 q yumşaq kərə yağı 1 st şəkər tozu 4 ədəd yumurta 1,5 st un 1 paket qab
.Kəsmikli kokoslu qurabiyə
Ərzaqlar: 200 q kəsmik 100 q yumşaq kərə yağı 1/2 st şəkər tozu 50 q kokos 1 ədəd yumurta 1 paket vanil 1 paket qabartma tozu 2 st un Yayma
.Nutellalı qurabiyə
Ərzaqlar: 200 q kərə yağı 1/3 (üçdə bir) st şəkər pudrası 1 ədəd yumurta 2,5 st un 1 paket qabartma tozu 1 paket vanil Nutella Xəmirin altına
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (26 dekabr 2016 09:09)
çox sağ ol..
Seva (25 dekabr 2016 14:31)
@resept.az təşəkkür edirəm,bu çörəyi neçə dəfələrlə hazırlamışam super çıxır,qızım və oğlum çox bəyənir,qaynanamı demirəm hələ))
Mən bəzən ya cemli ya da qozlu edirem onlar da əla alınır,əlləriniz dərd görməsin,bu saytdan çox faydalanırıq,br sözlə hər şeyə görə təşəkkürlər...
Reseptaz (05 avqust 2016 10:14)
salam, beli fidan xanim texmini yarisini isledin.
fidan (04 avqust 2016 21:16)
Xais edirem sualima cvb yazasiniz
fidan (29 iyul 2016 19:37)
salam ellerinize sagliq coox gozel gorunur bilmek isterdim eger bu erzaqlarla iki corek alinirsa 1 corek ucun gosterilen erzaqlar yarisi qeder azaldilmalidir?
sevicka (31 mart 2016 21:46)
Cox gozel gorunur edecem zaklatka etdimki yadimda qalsin kim elibse nuw olsun birde sualim var adi droj olsa olar?adi droj qatsam neqeder tokum o qede xemre
Reseptaz (29 fevral 2016 09:18)
tez maya 10qr paketlerde olur, demek olar ki butun boyuk marketlerde var, vanil paketi kimi ustune tez maya yazir.
Rahilə (29 fevral 2016 08:46)
Tez maya nəd bilmirəm .Adi maya olmaz?
Sefa (21 fevral 2016 17:45)
Cox dadli gorsenir muteq hazirlayacam
NUR (20 fevral 2016 22:39)
Supper.elleriniz var olsun.
hazirlayaram.amma xemir kimi çixmaz goresen.?
Bilmek isterdim içi tam bişirmi?xemir qalmirki?
Jale (20 fevral 2016 16:20)
Salam chox gozel hazirlamisiz yeqinki dadida super olar. Ellerinize sagliq

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.