Şokaladlı keks




Ərzaqlar:



3 ədəd yumurta
1 st şəkər tozu
1 st duru yağ
1 st süd
3 x.q kakao
2 st un
1 paket qabartma tozu
Şirəsi üçün:
1 st süd
1 paket qara şokalad(90q)
Bəzək üçün: kakos

Hazırlanması:

Yumurta ilə şəkər tozunu bərkiyənədək çalırıq.




Sonra duru yağı əlavə edib çalırıq.



Südü əlavə edib çalırıq.



Qabartma tozunu və unu əlavə edib çalırıq.



Kakaonu əlavə edib çalırıq.



Qabı yağlayıb xəmiri töküb yayırıq.



180 dərəcə qızdırılmış sobada 25 dəqiqəyə bişiririk.



Keks bişən müddətdə şirəni hazırlayırıq. Şirəsi üçün südü qaynayana qədər istidirik.
Üstünə şokaladı əlavə edib tam həll olanadək qarışdırırıq.



Sobadan çıxan keki 5 dəqiqə gözləyib sonra bıçaqla kəsirik.
(Mən keksi tərsinə çevirdim)



Şirəni keksin üstünə əlavə edirik.



Keks tam soyuyandan da sonra 2-3 saat saxlayırıq şokaladlı südü özünə çəksin.
Sonra kakosla bəzəyirik. Artıq çay süfrəsinə verə bilərsiniz.



Nuş olsun!


OXŞAR YAZILAR
.Qatılaşdırılmış süd ilə qozlu rulet
Ərzaqlar: 5 ədəd yumurta 1 st şəkər tozu 1 st un 1 paket qabartma tozu 1 paket vanil 1 banka bişmiş qatılaşdırılmış süd 50 q qovrulmuş qoz ləpə
.Korjik
Ərzaqlar: 200 q kərə yağı 200 q xama 1,5 st şəkər tozu 3 ədəd yumurta 1 paket vanil 1 paket qabartma tozu Bir çimdik duz Un aparanadək (6 st)
.Kakaolu biskvit 2
Ərzaqlar: 5 ədəd yumurta 1 st başından 2 x.q az un 2 x.q kakao 1 st şəkər tozu 1 paket qabartma tozu 1 paket vanil Hazırlanması: Yumurtanın a
.Portağallı çızkek
Ərzaqlar: 150 q qurabiyə 100 q kərə yağı İçlik üçün: 400 q labinə pendir 3 ədəd yumurta 1 paket qaymaq ½ st şəkər tozu 1x.q un 1x.q nişasta
.Qozlu qurabiyə 2
Ərzaqlar: 200 q yumşaq kərə yağı 1 st qoz ləpəsi 2-3 ədəd yumurta 1 st pudra şəkər 1 paket qabartma tozu 1 paket vanil Un aparanadək Haz
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
nunu (12 dekabr 2016 23:24)
men beyenmiremm

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.