Şokaladlı çizkek (cheesecake)




Ərzaqlar:



1.5 paket kakaolu petit-beurre qurabiyə
150 q kərə yağı
3 ədəd yumurta
400 q labnə pendiri
1 paket krem qaymaq (200q)
1/2 st şəkər tozu
1 x.q nişasta
1 x.q un
1 paket vanil
1 ədəd limonun qabığı
Üstü üçün:
1 paket krem qaymaq (200q)
1 paket qara şokalad(90 q)
1/2 paket ağ şokalad (45q)

Hazırlanması:

Qurabiyəni əzib un halına salırıq.


Üstünə yumşaq kərə yağını əlavə edib qarışdırırıq.
Diametri 26 sm qab götürüb qarışığı içinə töküb yayırıq. Yandan 2 sm hündürlükdə olmaqla düzəldirik.Hazırladıqdan sonra soyuducuya qoyuruq.


Labnə pendirini (suyunu süzüb) qaba tökürük. Üstünə şəkər tozunu əlavə edib mikserlə çalırıq.


Krem qaymağı sonra yumurtaları ardıcıl olaraq əlavə edib çalırıq.


Nişastanı, unu, vanili əlavə edib çalırıq.Limonu sertgəcdən keçirib qabığını əlavə edib çalırıq.


Soyuducudan qabı çıxarıb qarışığı töküb yayırıq.


160-170 dərəcə qızdırılmış sobada Bir saata bişiririk.


Bişib hazır olanda sobadan çıxarıb tam soyumasını gözləyirik. 15-20 dəqiqə kimi soyuducuda saxlayırıq.
Üzü üçün krem qaymaqdan 2 x.q bir qaba qalanını başqa qaba tökürük.
Əvvəlcə 2 x.q olanı ocaqda istidirik qaynamaq istəyəndə götürüb ağ şokaladı içinə töküb tam həll olanadək qarışdrırıq.


Sonra o biri qabdakı kremi istidirik. Eyni qayda ilə qara şokaladı əlavə edib tam həll olanadək çalırıq.

Qoyuruq hər ikisini bir kənara soyuyur.


Əvvəlcə qara şokaladı töküb yayırq.Sonra ağ şokalad ilə naxış salırıq.Zövqə görə istədiyiniz kimi bəzəyə bilərsiniz.


Hazır çizkeki 2-3 saat soyuducuda saxlayıb sonra süfrəyə verə bilərsiniz.



Nuş olsun!

OXŞAR YAZILAR
.Yağlı xəmir ilə kremli rulet
Ərzaqlar: 500 q hazır yağlı xəmir Krem üçün: 1 banka qatılaşdırılmış süd 200 q kərə yağı 1 paket vanil Bəzək üçün: Xırdalanmış ləpələr Hazırlan
.Sadə Keks
Ərzaqlar: 3 ədəd yumurta 1 st şəkər tozu 1 st xama 2 st un+2x.q un 1 paket vanil 1 paket qabartma tozu Hazırlanması: Yumurtanı mikserlə ça
.Qaymaqlı krem ilə ekler
Ərzaqlar: 100 q kərə yağı 1 st süd 1 st un Bir çimdik duz 4 ədəd yumurta Krem üçün: 500 q qaymaq (33%-li) 4 x.q şəkər pudrası 1 paket van
.Xamalı keks
Ərzaqlar: 4 ədəd yumurta 1 st şəkər tozu 200 qr. xama 200 qr. kərə yağı 2 st. un 1 paket vanil 1 paket qabartma tozu Hazırlanması: Şəkər
.Kəsmə kətə
Ərzaqlar: Xəmir üçün: 200 q kərə yağı 2 ədəd yumurta (birinin sarısı üzü üçün) 1 st əkər tozu 1 st qatıq 1 paket qabartma tozu 1 paket vanil Apara
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (11 fevral 2016 19:53)
krem pendir islede bilersiniz
Sebine (11 fevral 2016 14:18)
birde labne peynirin yerine bawqa nese istedmek olar?
Sebine (11 fevral 2016 14:16)
salam men bisirdiyim tort keksleri cox yaxsi sismir bunu nece ede bileremki yaxsi sissin?
Reseptaz (09 fevral 2016 15:27)
salam, bilirsiniz men ancaq ozum hazirladiqdan sonra reseptleri paylasiram ki, daha deqiq olsun. Insh. dediyiniz variantda da hazirlayar paylasaram
QURMAN (09 fevral 2016 15:06)
Salam Resept.az.
çox xais edirem.Mene limonlu ve portagalli cheese cake resepti deyin.
Reseptaz (07 fevral 2016 21:07)
artiq her gun elave etmeye calisiram
Gulya (07 fevral 2016 18:26)
Coxdandi yeni reseptler az-az qoyursuz.niye?
Reseptaz (06 fevral 2016 21:46)
salam, beli krem/qaymaq nezerde tutulur.
nihan (06 fevral 2016 15:50)
salam xanim) siz krem deyende neyi nezerde tutursunuz? hazir krem satilir yoxsa bu qaymaqdi? kremi qaymaqla evez etmek olarmi?

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.