Soğan (allium)

Sоğаnkimilər fəsiləsindən olan bitki cinsidir. Azərbaycanda 47 yabanı növü var. 6 növü becərilir. Ən çox yayılanı baş soğandır. Baş soğanın tərkibində 2,4 - 14 % şəkər, 2-13,9 mq % C vitamini , 12 -162 mq % efir yağı, yarpağında 25 - 47, 7 mq % C vitamini, 1,3- 5,9 mq % karotin, həmçinin azotlu maddələr və yod vardır. Soğanda bəzi mikroorqanizmləri məhv edən fitonsidlər olduğundan ondan müalicə məqsədilə istifadə olunur, tərkibində yod olduğu üçün ateroskleroz və hipertoniya xəstəliyinin sklerotik forması zamanı tətbiq olunur. Skorbut, avitaminoz, şəkərli diabet xəstəliklərinin müalicəsində işlədilir. Azərbaycan mətbəxində istər ətli, istərsə də ətsiz xörəklərdə çox işlənən tərəvəz bitkisidir. Xörəklərin bişirilməsində ən çox baş soğan işlədilir. Baş soğan soyulduqdan sonra hər xörəyin tələb etdiyi formada doğranır. Miqdarı xörəkdən və bişirənin zövqündən asılıdır. Küftə, tava kababı, dolma və s. kimi xörəklərdə soğanı ətlə birlikdə tох- mагlа döyüр, yaxud nаrın dоğrаyırlаr (müаsir dövrdə ətçəkən maşından keçirirlər). Bir çox xörəklərə (duru xəmir xörəkləri, şabalıdlı plov qarasına, ətsiz şorbalara, müxtəlif çığırtmalara və s.) soğanı yağda soğança halında tökürlər. Göy və baş soğan süfrəyə məzələrin tərkibində göyərti ilə birlikdə və ya sərbəst şəkildə verilir


OXŞAR YAZILAR
.Meyvələr haqqında - bilmək faydalıdır.
* İlk növbədə bədənimizin başlıca düşməni olan xolestrol heç bir meyvədə yoxdur! * Meyvələrdə təbii şəkər var, nə qədər çox meyvə yeyərsək beynimizdəki si
.Novruz süfrəsi
Novruzun əsas atributlarından biri də Novruz süfrəsidir. Novruz bayramında süfrənin əsas xüsusiyyəti odur ki, burada yalnız acılıqdan, şorluqdan uzaq, şirni
.Çörək haqqında bilmədikləriniz nələrdir?
Qarabağda çörəyin müxtəlif növlərini bişirirdilər: külləmə, bozlamac, təndir, közləmə, kömbə, lavaş, xamralı, yuxa, fətir, qalınça, maldili, çapartma, cad, aj
.Mətbəxlə bağlı faydalı məsləhətlər
Sizə mətbəxlə bağlı praktik bilgilər təqdim edirik: Sobanıza hopmuş yemək qoxuları üçün yemək bişirməzdən əvvəl sobanın ortasına yarısı sirkə, yarısı su
.Resept.az-dan oxuculara Yeni il təbriki
Yeni il yaxınlaşır. 2016-cı ilə artıq 3 gün qalıb. Resept.az olaraq bütün oxucuları həm Dünya azərbaycanlılarının həmrəylik günü, həm də Yeni il münasibəti
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz


Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.