Sobada toyuq əti ilə tərəvəzli yemək




Ərzaqlar:


600 -700 q q toyuq əti
12 ədəd orta ölçülü kartof
6-7 ədəd pomidor
1 ədəd şirin bibər
3 ədəd baş soğan
2-3 diş sarımsaq
100 q holland ya da kaşar pendir
3 x.q əridilmiş kərə yağı
50 q kərə yağı
1 st süd
Duz
Istiot

Hazırlanması:

Toyuq ətini duzlu suda bişirib soyuduqdan sonra sümüklərindən ayırıb kiçik hissələrə bölürük.

Bütün tərəvəzləri təmizləyib yuyuruq.

Pendiri sürtgəcdən keçiririk.

Kartofları ik-üç yerə bölüb, qazana yığıb, üstünə çıxana qədər su töküb bişməyə qoyuruq.

Soğan ilə sarımsağı xırda doğrayırıq.

Üstünə duz və yağ əlavə edib qızılı rəngdə olanadək qovururuq.

Sonra bibəri xırda doğrayıb, soğanın üstünə əlavə edib, 2-3 dəqiqə kimi qovururuq.


Pomidorun qabığını soyub, xırda doğrayıb qovrulmuş soğanın üstünə əlavə edirik. Zövqə görə duz və istiotunu tökürük.


Suyu çəkilib yağa düşmək istəyəndə parçalanmş toyuq ətini üstünə əlavə edib, 2-3 dəqiqə sonra ocaqdan götürürük.


Bişmiş kartofu əzib üstünə kərə yağını tökürük. Kərə yağı əriyənədək qarışdırırıq. Sonra südü, zövqə görə duz və istiotu töküb qarışdırırıq.


Soba qabına əvvəlcə pomidorlu toyuq ətini töküb yayırıq.

Sonra üstünə kartof əzməsini yayırıq.

Kartof əzməsinin üstünə pendiri səpib 200 dərəcə qızdırılmış sobada bişməyə qoyuruq.

Yeməyin üzü qızardıqda sobadan çıxardırıq. Çox qızartmayın ki, pendir qurumasın.
Yeməyi isti-isti süfrəyə veririk.


Nuş olsun!

OXŞAR YAZILAR
.Toyuğun döş əti ilə sobada kartoflu yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd kartof 4 x.q duru yağ 2 diş sarımsaq 50 q kaşar ya holland pendiri Duz İstiot Hazırlanması: Karto
.Toyuğun döş əti ilə bibərli yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd bibər (hər birinin yarısı) 4 x.q duru yağ 1 balaca baş soğan 50 q kaşar ya holland pendiri 3 x.q pomidor
.Sobada qiyməli badımcan
Ərzaqlar: 6-7 ədəd badımcan 350 q çəkilmiş ət 2 ədəd baş soğan 2 ədəd pomidor 2 x.q əridilmiş kərə yağı 2 diş sarımsaq Duz İstiot Badımcanlar
.Sobada qiyməli makaron 2
Ərzaqlar: 1 paket düz makaron 350 q çəkilmiş ət 1 ç.q pomidor ləti 3 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı 3 x.q duru yağ 100 q kaşar pendir
.Kirəmit qabda souslu kotlet
Ərzaqlar: 500 q çəkilmiş qoyun əti 2 ədəd baş soğan 6-7 ədəd kartof 6-7 ədəd pomidor 6 diş sarımsaq 1 ədəd yumurta 100 q kaşar ya da holland pe
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (02 sentyabr 2015 22:46)
Sarımsaq soğanla bir hazırlanır. Nuş olsun.
gunel (28 avqust 2015 17:15)
Bes sarimsaqi neyledik yazmamusiz axı?
Айтадж (28 iyun 2015 15:17)
ммм чох гезел)

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.