Sobada pomidor şirəli ətli badımcan bükməsi



Ərzaqlar:


6 ədəd badımcan
400 q çəkilmiş ət (qoyun ilə malın qarışığı)
3-4 ədəd pomidor
3 ədəd baş soğan
2-3 diş sarımsaq
1 x.q pomidor məti (tomat)
2 x.q əridilmiş kərə yağı
Badımcan ıqızartmaq üçün duru yağ
Duz
Istiot

Hazırlanması:

Badımcanı lay-lay doğrayıb duzlayırıq, 15-20 dəqiqə saxladıqdan sonra duzlu suyunu sıxıb yuyuruq.
Az duz səpib yağda qızardırıq.


Ətin üstünə soğanı blenderdən keçirib tökürük. Zövqə görə duz və istiot töküb qarışdırırıq.
Ətdən balaca küfdəciklər düzəldib qızardılmış lay badımcanın üstünə qoyub şəkildəki kimi bükürük.


Bükülmüş badımcanları qaba yığırıq.
Pomidor mətini və pomidoru yuyub qabığını soyub sarımsaqla birblenderdən çəkirik.
İçinə az duz və istiot töküb qarışdırırıq. (bu qarışığı istəsəniz yağda qovurub tökə bilərsiniz)
Pomidor suyunu bükülmüş badımcanların üstünə tökürük. Əridilmiş kərə yağını yeməyə əlavə edirik.
200 – 210 dərəcə qızdırılmış sobada suyu çəkilib yağa düşənədək bişiririk.


Nuş olsun!


OXŞAR YAZILAR
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
.Sobada tərəvəzli kotlet
Ərzaqlar: 500 kq çəkilmiş qoyun əti 4 ədəd balaca baş soğan 2 ədəd kök 1 ədəd bibər 4-5 ədəd pomidor 150 q pendir 1 x.q əridilmiş kərə yağı + 2
.Toyuğun döş əti ilə sobada kartoflu yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd kartof 4 x.q duru yağ 2 diş sarımsaq 50 q kaşar ya holland pendiri Duz İstiot Hazırlanması: Karto
.Toyuğun döş əti ilə bibərli yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd bibər (hər birinin yarısı) 4 x.q duru yağ 1 balaca baş soğan 50 q kaşar ya holland pendiri 3 x.q pomidor
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (21 iyun 2016 10:22)
Nuş olsun
gulu (20 iyun 2016 15:24)
eladir
Fatima (14 iyun 2016 17:21)
Aaa

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.