Sobada pomidor dolması



Ərzaqlar:



10-12 ədəd pomidor
500 q xırda doğranmış qoyun əti
2 ədəd baş soğan
2 x.q əridilmiş kərə yağı
50 q Holland ya da kaşar pendiri
4-5 x.q mayonez
Duz
Istiot

Hazırlanması:

Xırda doğranmış əti suda tam bişiririk. Suyu qaynamağa başlayanda kəfini yığırıq. Suyuna az duz səpirik.
Soğanın qabığını soyub yuduq dan sonra xırda doğrayırıq.



Soğanı tavaya töküb üstünə az duz və yağ əlavə edib qızılı rəngdə olanadək qovururuq.



Bişmiş əti suyundan çıxarıb soğanın üstünə töküb qovururuq .Zövqə görə duz və istiot səpirik. 5-10 dəqiqə qovurub götürürük.



Pomidoru yuyub kəsib içini təmizləyirik.



Pendiri sürtgəcdən keçiririk



Pomidorların içinə az duz və istiot səpirik. Sonra hamısının içinə az pendirdən tökürük.



Qovrulmuş ət ilə pomidoru doldururuq.



Üstünə az mayonez çəkirik.



Sonra üstünə pendirdən səpib soba qabına yığırıq.




200 dərəcə qızdırılmış sobada üzü az qızaranadək bişiririk.



Yeməyi isti-isti süfrəyə veririk.



Nuş olsun!

OXŞAR YAZILAR
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
.Sobada tərəvəzli kotlet
Ərzaqlar: 500 kq çəkilmiş qoyun əti 4 ədəd balaca baş soğan 2 ədəd kök 1 ədəd bibər 4-5 ədəd pomidor 150 q pendir 1 x.q əridilmiş kərə yağı + 2
.Toyuğun döş əti ilə sobada kartoflu yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd kartof 4 x.q duru yağ 2 diş sarımsaq 50 q kaşar ya holland pendiri Duz İstiot Hazırlanması: Karto
.Toyuğun döş əti ilə bibərli yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd bibər (hər birinin yarısı) 4 x.q duru yağ 1 balaca baş soğan 50 q kaşar ya holland pendiri 3 x.q pomidor
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (12 aprel 2016 09:10)
Nuş olsun
Gulnar (08 aprel 2016 22:02)
Super gorunur ellerinize salix.mutleq bisirecem

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.