Sobada pendirli blinçik



Ərzaqlar:



Blinçik üçün bax: Blinçikin hazırlanması (http://resept.az/Blincikin-hazirlanmasi-2161.html)

İçlik üçün:
500 q xırda doğranmış qoyun əti
Duz
İstiot
2 ədəd baş soğan
2 ədəd yaşıl bibər
2 ədəd qırmızı bibər
2 x.q əridilmiş kərə yağı
100 q pendir (kaşar ya da holland)

Hazırlanması:

Əti yuyub, üstünə su töküb qoyuruq qazın üstünə. Qaynamağa başlayanda kəfini yığırıq.
Sonra tam bişirənədək qaynadırıq. Bişənə yaxın duz əlavə edirik.



Bibərləri yuyub xırda doğrayırıq.



Pomidorun qabığını soyub xırda doğrayırıq.



Soğanın qabığını soyub, yuduqdan sonra xırda doğrayırıq.



Üstünə yağ duz əlavə edib qızılı rəngdə olanadək qovururuq.



Bişmiş əti də bura əlavə edib 2-3 dəqiqə qarışdırırıq.



Ətin üstünə əvvəlcə bibərləri əlavə edirik.



2-3 dəqiqə bişdikdən sonra pomidoru əlavə edib qarışdırırıq.



Zövqə görə duz və istiotunu töküb qapağını örtürük. Vam odda bişiririk.



Suyu çəkilib yağa düşəndə götürürük.



Hazır bilinçiklərdən birini götürüb içlikdən qoyub şəkildəki kimi büküb soba qabına yığırıq.







Bu şəkildə hamısını büküb yığırıq.



Pendiri sürtgəcdən keçirib üstünə səpirik.



200 dərəcə qızdırılmış sobada pendir əriyib qızılı rəngdə qızaranadək bişiririk.





Hazır bilinçikləri isti-isti süfrəyə veririk.



Nuş olsun!


OXŞAR YAZILAR
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
.Sobada tərəvəzli kotlet
Ərzaqlar: 500 kq çəkilmiş qoyun əti 4 ədəd balaca baş soğan 2 ədəd kök 1 ədəd bibər 4-5 ədəd pomidor 150 q pendir 1 x.q əridilmiş kərə yağı + 2
.Toyuğun döş əti ilə sobada kartoflu yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd kartof 4 x.q duru yağ 2 diş sarımsaq 50 q kaşar ya holland pendiri Duz İstiot Hazırlanması: Karto
.Toyuğun döş əti ilə bibərli yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd bibər (hər birinin yarısı) 4 x.q duru yağ 1 balaca baş soğan 50 q kaşar ya holland pendiri 3 x.q pomidor
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
yeganə (05 fevral 2017 23:55)
Cox ləziz görünür.Mütləq sınayacam.
ZuZu (02 noyabr 2016 19:28)
Men bisirmisem cox dadlidi.
mina (06 oktyabr 2016 14:01)
Gül kimi reseptlərdən sonra bir daha sükut oldu

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.