Sobada beşamel soslu toyuq qızartması



Ərzaqlar:


1 kq toyuq əti

2 ədəd baş soğan

2 ədəd şirin bibər

2 ədəd pomidor

1 x.q pomidor məti (tomatı)

3 diş sarımsaq

3 x.q əridilmiş kərə yağı

100 q holland ya da kaşar pendir

Duz

Istiot

Beşamel sos üçün:

2 st süd

1 x.q yağ

3 x.q un

Duz

Istiot

Hazırlanması:

Toyuq ətini təmizləyib, yuyub duzlu suda bişiririk.Sonra yağda toyuq ətini sudan çıxarıb qızardırıq. Duz, istiot səpirik.

Bibəri və pomidoru yuyub təmizləyib doğrayırıq.


Soğan ilə sarımsağın qabığını təmizləyib, yuyub, xırda doğrayırıq.

Soğan ilə sarımsağın üstünə duz və yağ əlavə edib 2-3 dəqiqə sonra qızarmış toyuğu üstünə tökürük.

3 dəqiqə kimi qovurub pomidor, pomidor mətini və bibəri əlavə edib qarışdırırıq.Qoyuruq van odda 5 dəqiqə kimi bişir. Duz və istiotunu əlavə edirik.

Pendiri sürtgəcdən keçiririk.

Un ilə yağı qarışdırıb unu qızılı rəng olanadək qovururuq.

Sonra üstünə az-az süd əlavə edib qarışdırırıq. Qatılaşanadək qarışdırırıq.Sonra üstünə az duz və istiot səpirik.

Qaba birinci toyuq ilə tərəvəzi tökürük.

Sonra üstünə beşamel sosunu töküb 210 dərəcə qızdırılmış sobada 15 dəqiqə kimi bişiririk.

Qaynamağa başlayanda çıxardırıq.

Üstünə pendir səpib yenidən sobaya qoyuruq.

Pendir əriyib qızılı rəng olan kimi yeməyi sobadan götürürük.

Yeməyi isti-isti süfrəyə veririk.


Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Arzu (06 sentyabr 2016 01:42)
Cox sagolun bu cure resept paylasdiginiz ucun.bisirdim bugun.hami cox beyendi.elleriniz agrimasin insallah.hemise bu curne paylasasiz bizde bisirek:)))
Reseptaz (23 aprel 2015 09:38)
nus olsun...
Aysel (22 aprel 2015 22:17)
Dunen basim bu yemeyi yemeye ele qarismisdi ki neticeni yazmaq yadimdan cixmisdi... Mukemmel yemek idi.. Cox beyendim cox.. Isteyene meslehet gorurem.. Resept az cooox tesekkurler
Reseptaz (21 aprel 2015 16:45)
Inş. yaxşı cixar, nuş olsun.
Aysel (21 aprel 2015 16:04)
Hazirladim sobadadir.. Yedikden sonra dadi necedir mutleq yazacam

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.