Sobada badımcan ilə qiyməli kartoflu yemək



Ərzaqlar:



2 ədəd badımcan (oval, yumru)

6 ədəd kartof

250 q hazır bişmiş qiymə

150 q Holland ya da kaşar pendiri

1/2 st süd

25 q kərə yağı

Duz

Istiot

Duru yağ


Hazırlanması:

250 q çəkilmişət ilə 1 baş soğanı çəkib qarışdırıb yağda qovurub bişiririk. Zövqə görə duz və istiotunu tökürük.

Badımcanları aralı olmaqla qabığını soyub halqa doğrayırıq.

Üstünə duz səpib 15-20 dəq saxlayırıq. Sonra sıxıb acı suyunu çıxardırıq. Sonra yuyub az duzlayırıq. Tavada yağda hər iki üzünü qızardırıq.




Kartofun qabığını soyub yuduqdan sonar iki bölüb üstünə su töküb bişiririk. Tam bişdikdə kartof əzənlə əzirik. Üstünə südü, kərə yağını və zövqə görə duzu və istiotu töküb qarışdırırıq.



Pendiri sürtgəcin gözündən keçiririk.



Soba qabına kağız sərib əvvəlcə badımcanlarl bir qat düzürük.



Sonra üstünə bişmiş hazır qiymə tökürük.



Qiymənin üstünə kartof əzməsini tökürük.



Kartof əzməsinin üstündən pendiri səpirik.



200 dərəcə qızdırılmış sobada üzü qızılı rəngdə olanadək bişiririk.



Hazır yeməyi isti-isti süfrəyə veririk.



Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (14 sentyabr 2014 11:17)
salam, xeyir quru olmur..
elnare (14 sentyabr 2014 08:59)
maraqli ideyani kartof quru olmurki

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.