Şirvan qutabı (çudu)



Azərbaycanın milli xörəklərindən biridir.

Ərzaqlar:



Xəmir üçün:

1 kq un,

3 yumurta,

250 q kərə yağı,

1 st süd,

2 x.q xama,

1 ç.q quru maya,

1ç.q dolu duz

İçlik üçün:

Qiymə Bax: Qiymənin hazırlanması

(Kartof püresi ya da ət ilə kartof qarışıq içlik qoya bilərsiniz)

Yağlamaq üçün:

400 q kərə yağı

Qızartmaq üçün:

Bitki yağı

Üzünə səpmək üçün:

Sumax


Hazırlanması:

Xəmiri hazırlayaq. Südü qaba töküb ilıq qızdırırıq.



Yağı əridirik.



Mayanı su ya da süddə qarışdırırıq 5-10 dəqiqə qalır köpüklənir.



Unun ortasına yumurtanı, mayanı, südü, yağı, xamanı və duzu əlavə edirik.



Yumşaq xəmir yoğururuq.



Xəmir acısın deyə üstünə neylon çəkib, dəsmal qoyub, ədyalla bükürük.



2 saata xəmir acıyacaq.



Xəmiri 15 kündəyə bölürük.



Yuxa yayıb hər qatını yağlayırıq. İstəsəniz 7 bir 8 bir yağlayıb sonra kəsin ki, çox qalın olmasın.



Yuxaların hamısını yağladıqdan sonra xırda hissələrə bölürük.



Bükürük.



Hər birini 0,5 sm qalınlıqda yayırıq.





İçlik qoyuruq.



Yanlarını şəkərbura kimi bağlayırıq.



Tavaya yağ töküb hər tərəfli qızardırıq.



Hazır kökələrin üzərinə sumaq səpirik.



Nuş olsun!


OXŞAR YAZILAR
.Yağlı xəmir ilə kartoflu piroq
Ərzaqlar: Kartof əzməsi, baxın:kartof əzmə 800 q yağlı xəmir. Zövqə görə şüyüd tökməyə də bilərsiniz. Üstü üçün: 1 ədəd yumurta Çörətotu Künc
.Poğaça 5
Ərzaqlar: Xəmir üçün: 100 q kərə yağı ½ st qatıq ½ st duru yağ 2 ədəd yumurta (bir ədəd üzü üçün sarısı saxlanılır) 1 paket qabartma tozu 1 ç
.Yağlı xəmir ilə səbzi qovurmalı qiyməli piroq
Ərzaqlar: 800 q yağlı xəmir 200 q hazır bişmiş qiymə 2 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı Göyərti (cəfəri, ispanaq, keşniş, şüyüd) hərəsindən b
.Toyuq əti ilə pizza
(2 ədəd pizza üçün) Xəmir üçün Ərzaqlar: 3 x.q duru yağ 1 ç.q dolu duz 1 paket tez maya 1,5 st ilıq su 4 st ələnmiş un Üstü üçün:
.Pizza xəmiri
(2 ədəd pizza üçün) Ərzaqlar: 3 x.q duru yağ 1 ç.q dolu duz 1 paket tez maya 1,5 st ilıq su 4 st ələnmiş un Hazırlanması: Yağ, duz, maya v
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Eci (31 yanvar 2017 11:44)
Salam bu resrpti sobada elemek olar
Shehla (09 sentyabr 2016 14:27)
Salam. Zehmet olmasa deyerdiz bu reseptden nece eded çudu alinir?
Reseptaz (16 dekabr 2015 22:27)
salam, beli olar, 200 derecede bisirin
coni (16 dekabr 2015 16:11)
bu cuduu yagda yox, sobada biwirmek olarmi ve nece derecede?
Reseptaz (16 iyun 2015 09:37)
7-8 ile beli sizin dediyinizi nezerde tuturuq, yaglamamisdan evvel yuxalari tek tek nazik yayiriq,
zeyneb (12 iyun 2015 19:19)
salam resept.az. yuxalari yaglamamisdan qabaq nece sm qalinliqda aciriq?burda 7 bir 8 bir dedikde yuxalari yaglayib ust-uste qoymagi nezerde tutursuz?
Reseptaz (17 dekabr 2014 22:41)
Həzin odda yaxşı bişər. Güclü odda tez bişirsəniz yox. Nuş olsun.
ayka (16 dekabr 2014 23:22)
bunu bisirdikde xemir alinmirki yaxsi bisirmi
Reseptaz (25 yanvar 2014 22:05)
Salam. Təşəkkür edirəm. Çox sağ olun.
afaq (21 dekabr 2013 16:48)
cox qozal saytdi minatdaram gozal reseptlara gora

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.