Şəki ovması(fətir)



Azərbaycanın milli şirniyyat növlərindən biridir.

Ərzaqlar:



5,5 st un

100 q kərə yağı

1 st şəkər toxu

1 st süd

2 ədəd yumurta

1 ç.q quru maya

1/2 ç.q duz

1/3 ç.q ədviyyat (darçın, hil, zəncəfil, zəfəran, keşniş toxumu, muskat qozu-cövüz)

1 ç.q xaş-xaş veya çörəkotu


Hazırlanması:

Zəfəranın üstünə az qaynar su töküb dəm almağa qoyuruq.



Quru mayanı az miqdarda ilıq su ilə qarışdırıb 5 dəqiqə saxlayırıq.



Südü ilıq isidirik. Kərə yağını da əridib süd ilə qarışdırırıq.



Yumurtaları sındırıb birinin sarısını üzünə saxlayırıq.



Ədavaları, duzu və şəkəri ələnmiş unun üstünə töküb qaşıqla qarışdırırıq.



Unun ortasına mayanı, yumurtanı və zəfəranın suyunun yarısını tökürük. Yarısını isə üzü üçün saxladığımız yumurta sarısının üstünə tökürük.



Süd ilə kərə yağını da əlavə edib qaşıqla qarışdırırıq.



Sonra əlimiz ilə yumşaq ələ yapışan bir xəmir yoğururuq. Xəmirin üstünə sellofan çəkib üstünü örtüb isti yerdə 2-3 saat acıyanadək saxlayırıq. Xəmir 2 dəfə artmalıdır.



Xəmirimiz acıdıqda onu iki hissəyə bölüb kündələyirik.





Kündənin hər ikisini qalınlığı 1,5-2 sm hündürlükdə və 18-20 sm enində yayırıq.Üstünə naxış vurub 25-30 dəqiqə saxlayırıq.



Sonra birinin üzünə zəfəranlı yumurtadan çəkib xaş-xaş səpib 190-200 dərəcə qızdırılmış sobada 30-35 dəqiqəyə bişiririk.



Bu qayda ilə ikincini də bişiririk.



Tamam soyuduqdan sonra kəsib süfrəyə verə bilərsiniz.





Nuş olsun!

OXŞAR YAZILAR
.Yağlı xəmir ilə kremli rulet
Ərzaqlar: 500 q hazır yağlı xəmir Krem üçün: 1 banka qatılaşdırılmış süd 200 q kərə yağı 1 paket vanil Bəzək üçün: Xırdalanmış ləpələr Hazırlan
.Sadə Keks
Ərzaqlar: 3 ədəd yumurta 1 st şəkər tozu 1 st xama 2 st un+2x.q un 1 paket vanil 1 paket qabartma tozu Hazırlanması: Yumurtanı mikserlə ça
.Qaymaqlı krem ilə ekler
Ərzaqlar: 100 q kərə yağı 1 st süd 1 st un Bir çimdik duz 4 ədəd yumurta Krem üçün: 500 q qaymaq (33%-li) 4 x.q şəkər pudrası 1 paket van
.Xamalı keks
Ərzaqlar: 4 ədəd yumurta 1 st şəkər tozu 200 qr. xama 200 qr. kərə yağı 2 st. un 1 paket vanil 1 paket qabartma tozu Hazırlanması: Şəkər
.Kəsmə kətə
Ərzaqlar: Xəmir üçün: 200 q kərə yağı 2 ədəd yumurta (birinin sarısı üzü üçün) 1 st əkər tozu 1 st qatıq 1 paket qabartma tozu 1 paket vanil Apara
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Vasif (19 oktyabr 2016 15:10)
cox ela
Terane (31 mart 2016 14:10)
Coox beyendim.
Reseptaz (15 mart 2016 22:03)
Salam. Günay xanım resept üçün təşəkkür edirəm. Mən də sizin reseptlə hazırlayacam. Çox sağ olun.
gunay (05 fevral 2016 11:20)
Bizde sekide big omalarda var satisda.xemiri acitmadan edirik.xemir acitmiriq deye big deyilir.
gunay (04 fevral 2016 13:01)
Zeferan yadimdan cixdi yazmaq.
gunay (04 fevral 2016 12:08)
3kq un.1 kq 200 pesok.4 yumurta aqi.250 qr yaq.700qr qatiq.1xq droj.qatiqi yumurtanin aqini tokruk.yaqi erdib tokuruk.unu 1xq droju tokuruk.
qiraqda pesokdan serbet qayiririq.hil.sarikok tokuruk serbete.
serbetlede xemirimizi yoqururuq.qoyuruq aciyir.4dene iri oma cixir.uzunede yumurta sarisi.
aysel (17 iyul 2015 17:21)
Mende bisirdim yaxdi alindi tesekkurler qus sudu tortunu hazirlayardiz xais edirem
Reseptaz (13 mart 2015 22:19)
Bu şirniyyatın adı çox yerdə belə yazılıb. Ona görə bizdə belə yazdıq. İndi düzəliş etdik. Təşəkkür edirik.
GUNAY (12 fevral 2015 17:29)
adi bele deyil oyma.duz yazmamisiz.omadi,size reseptini yazaram
Reseptaz (13 dekabr 2014 16:17)
Salam. Bəs necədir?deyə bilərsiniz.
gunay (30 noyabr 2014 11:47)
Seki omasi bele deyilki.
Reseptaz (08 fevral 2014 23:10)
Salam. Bizim reseptlə bişirsəniz xoşunuza gələcək. Təşəkkürlər.
Arzu (08 fevral 2014 23:05)
salam.mən bişirmişdim(başqa reseptlə)amma yeyəndə adam boğulurdu səbəb nə olar?


9bu reseptlə yox _)()
Arzu (08 fevral 2014 23:04)
salam.mən bişirmişdim(başqa reseptlə)amma yeyəndə adam boğulurdu səbəb nə olar?


9bu reseptlə yox _)()

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.