Şəkərbura



Azərbaycanın milli şirniyyat növlərindən biridir.

Ərzaqlar:

(40 ədəd şəkərbura üçün)

Xəmir üçün:



1kq un

3 yumurta

250 q Prostokvaşino kərə yağı

1 st süd

2 x.q Prostokvaşino xaması

1/2 ç.q quru maya

İçlik üçün:



500 q qabığı təmizlənmiş fındıq ləpəsi

500 q şəkər tozu

1/4 ç.q hil


Hazırlanması:

Xəmiri hazırlayaq. Südü qaba töküb ilıq qızdırırıq.



Yağı əridirik.



Mayanı ilıq süddə qarışdırırıq 5-10 dəqiqə qalır köpüklənir.



Unun ortasına yumurtanı, mayanı, südü, yağı və xamanı əlavə edirik.



Normal xəmir yoğururuq.



Xəmirin üstünə salafan çəkib, dəsmal qoyub, isti bükürük, 1 saat acımağa qoyuruq.

İçlik hazırlayırıq.Fındığı tavada qovurub qabığını təmizlədikdən sonra sürtgəcli maşından keçiririk.Çəkilmiş fındığı şəkər tozu və hil ilə qarışdırırıq.



Xəmir acıyacaq.



Xəmirdən 40 qramlıq (qozdan az böyük) 10 ədəd kündə düzəldirik.

(Xəmirdən az götürün 8-10 kündə düzəldin onu hazırlayıb qurtardıqdan sonra yenidən götürüb kündəliyib düzəldin qurtaranadək  təkrarlayın. Bu şəkildə şəkərburaları düzəltməyə davam edin).

Kündənin birini götürüb oxlov ilə təxminən diametri 10sm olmaqla yayırıq.



Xəmiri əlimizin içinə alıb 2 ç.q  içlik qoyuruq. İçliyi qoyanda çalışın şəkər tozu uc hissələrə yayılmasın. Onda pis bükülür xəmir bir-birinə yaxşı yapışmır.



Yanlarını yaxşı uc-uca bərkidirik.



Bükürük. (Bəziləri yuxarıdan aşağı doğru bəziləri isə aşağıdan yuxarı doğru bükür)





Üzünə maqqaş vasitəsi ilə naxış salırıq. Hazır olan şəkərburaları bişirəcəyimiz qaba aralı yığırıq.









Bütün şəkərburaları hazırlayib qurtardıqdan sonra bişirməyə başlayırıq. 170-180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqəyə bişiririk.

Hazırladığınız şəkərburaları sərin yerdə saxlayın. Soyuq da olmaz isti də. Üstünü örtmək olmaz. Açıq qoyursunuz ki, naxışlar qurusun. Onda naxışlar itmir. Əgər hazırlayan kimi bişirsəniz naxışları itəcək. Bişirərkən şəkərburanın üzü qızarmamalıdır ağ qalmalıdır.



Bişmiş şəkərburaları düz qaba yan-yana yığırıq tamam soyuduqdan sonra isə qazana yığıb ağzını örtürük. Əziz xanımlar şəkərburanı uzun müddət saxlamaq istəyirsinizsə bu qaydada saxlayın. Əgər salafana ya da soyuducuya qoysanız tez xarab olacaq.

 

Nuş olsun!

OXŞAR YAZILAR
.Şokoladlı qozlu piroq
Ərzaqlar: Ovxantı üçün: 200 q yumşaq kərə yağı 1/2 st şəkər tozu 2,5 st un 50 q şokolad 50 q qoz ləpəsi Arası üçün: 100 q tünd şokolad 1 ba
.Almalı qozlu keks
Ərzaqlar: 1 st şəkər tozu 1 st süd ½ st duru yağ 3 ədəd yumurta 50 q qoz ləpəsi 2 ədəd alma 1 paket qabartma tozu 1 paket vanil ½ st buğda ni
.Ananaslı kiçik kekslər
(15 ədəd muffin üçün) Ərzaqlar: 5 ədəd konserv olunmuş ananas halqası 200 q yumşaq kərə yağı 1 st şəkər tozu 4 ədəd yumurta 1,5 st un 1 paket qab
.Kəsmikli kokoslu qurabiyə
Ərzaqlar: 200 q kəsmik 100 q yumşaq kərə yağı 1/2 st şəkər tozu 50 q kokos 1 ədəd yumurta 1 paket vanil 1 paket qabartma tozu 2 st un Yayma
.Nutellalı qurabiyə
Ərzaqlar: 200 q kərə yağı 1/3 (üçdə bir) st şəkər pudrası 1 ədəd yumurta 2,5 st un 1 paket qabartma tozu 1 paket vanil Nutella Xəmirin altına
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
samaye (23 fevral 2017 01:09)
salam cox gozel gorunur ellerize salik mede piwirirem ama berk olur nedense sebebi ne ola biler cavab yazardizda
Reseptaz (20 fevral 2017 12:48)
Salam, bəli xəmiri belə edə bilərsiniz.
Leyla (17 fevral 2017 18:16)
Alam resdept az sizden cooox xaiw edirem sualma cavab verediz.Men wekerburani qubalilar biwirdiyi kimi etmek isteyirem ancaq bilmirem xemirine eyni ile bu erzaqlari qatsam olarmi cooox xaiw edirem cavan yazardiz bilen varsada cavab yazsi???badanburadaki kimi lavaw yayib ancaq bilmirem xemirin nece edim cooox xaiw edirem cavab yazin
Leyla (17 fevral 2017 18:16)
Alam resdept az sizden cooox xaiw edirem sualma cavab verediz.Men wekerburani qubalilar biwirdiyi kimi etmek isteyirem ancaq bilmirem xemirine eyni ile bu erzaqlari qatsam olarmi cooox xaiw edirem cavan yazardiz bilen varsada cavab yazsi???badanburadaki kimi lavaw yayib ancaq bilmirem xemirin nece edim cooox xaiw edirem cavab yazin
Leyla (17 fevral 2017 18:16)
Alam resdept az sizden cooox xaiw edirem sualma cavab verediz.Men wekerburani qubalilar biwirdiyi kimi etmek isteyirem ancaq bilmirem xemirine eyni ile bu erzaqlari qatsam olarmi cooox xaiw edirem cavan yazardiz bilen varsada cavab yazsi???badanburadaki kimi lavaw yayib ancaq bilmirem xemirin nece edim cooox xaiw edirem cavab yazin
Leyla (17 fevral 2017 18:16)
Alam resdept az sizden cooox xaiw edirem sualma cavab verediz.Men wekerburani qubalilar biwirdiyi kimi etmek isteyirem ancaq bilmirem xemirine eyni ile bu erzaqlari qatsam olarmi cooox xaiw edirem cavan yazardiz bilen varsada cavab yazsi???badanburadaki kimi lavaw yayib ancaq bilmirem xemirin nece edim cooox xaiw edirem cavab yazin
aysen (10 fevral 2017 21:45)
yaxsidi
sefeq (09 fevral 2017 20:39)
ellerinize sagliq cox gozel idi
aysesel (27 yanvar 2017 16:52)
sekerbura niye eynicur bezedilir?
Lale (30 dekabr 2016 08:59)
Cox gozel wekerbura alınır.tewekkurler.
nurane (16 avqust 2016 17:02)
Salam cox -cox xahiw edirem diyerdiz,bizde wekerburalar biwdikden sonra goyerir nedendi??xahiw bilenler design de.tewekkur edirem onceden
AzerbaycanGozeli (11 avqust 2016 15:36)
cox gozeldi twkler
aysel (28 iyul 2016 16:59)
Sevirem bunu
ehtiram (30 mart 2016 00:30)
Mmmm super
Reseptaz (27 mart 2016 18:06)
Çox sağ olun.
peri (27 mart 2016 17:58)
Ela hansi saytda baxiramsa yene bura qayidiram.ellerivize sagliq
Ayka (26 mart 2016 13:54)
Menim 16 yawim var anam sekerburani bisirdi cox lezzetli cixdi papaq atanda usaqlara verdim sabahisi gun mene dediler ki sekerburaniz lezzetli cixmisdi.Birde sizden birsey sorucum saqalatli kek nece bisirilir.
Reseptaz (26 mart 2016 00:14)
Salam, yumusaqlığı qərərində olur, ola bilsin unundandır.
Aysel (25 mart 2016 20:07)
Salam xanim bu resseptle wekerbura yumuwaq olmalidi??men biwirdim berk oldu yeni berk deyende peceniya kimi oldu ele olmalidi xaiw edirem cavab yazardiz?????
Reseptaz (25 mart 2016 15:18)
Çox sağ olun.
Leyla (24 mart 2016 13:02)
Men smetan yox idi bir qasiq qatiq qaymagi elave etdim cox gozel alindi
Leyla (24 mart 2016 12:46)
Men bu reseptle sekerbura hazirladim mohtesem oldu.Bir qasiq bele iclik qalmadi.Cooox tesekkur edirem.
sofiya (19 mart 2016 17:06)
Lahmacun reseptini yerləşdirə bilərsiniz bura ?
Suqra (19 mart 2016 14:20)
Cox sagolun...Ela reseptdi..♡♥♡Insallah severek bisirib yeyerik
Reseptaz (19 mart 2016 10:46)
Çox sağ olun, təşəkkür edirəm
Esnat (19 mart 2016 10:24)
şəkərbura resptniə görə çox sağ olun
fxagcha (19 mart 2016 10:14)
nə yaxşı ki bu sayt var
Elya (18 mart 2016 20:38)
cox gozel gorsenir
fffeee (18 mart 2016 16:08)
şəki halvasının reseptini və ləvazimatlarını hardan tapa bilərəm.əgər mümkünsə yazadınızda
LALƏ (18 mart 2016 13:26)
COX GOZEL BİSİRDİNİZ NUS OLSUN ONU YEYENE
asif (18 mart 2016 11:54)
paxava
Aysel (17 mart 2016 23:37)
Salam.Cox sag olun resept az biwirdim hem paxlava hede wejerbura gozel alindi. Men elave un tokmedim gozel xemirler alindi biraz weker buralarin bir ikisinin qiragi acildi amma bele ela cixdu sag olun
Reseptaz (17 mart 2016 22:52)
Salam. Yumurtanı ağlı sarılı tökürük. Aysel xanım hər ikisini də eyni normal yoğururuq. Bu ərzaqlara görə normal xəmir olur. Biz 1 kq yazmışıq ola bilər ki yoğuran zaman az un əlavə etdiniz ya da elə 1 kq bəs etdi. Çünki unların su götürmə qabiliyyəti eyni deyil. Normal yəni yumuşaq nə boş yox nə də bərk. Uğurlar.
Aysel (17 mart 2016 17:55)
Salam xanim. Men indi paxlavani yogurdum eynile sizin ressept kimi,gorey nece alinacaq. Indi wekerburani yogurmaq isteyurem ne olar cavab yazardiz eyni terkibli xemirlerdi ancaq paxlavada yumuwaq yogurmaq lazimdi wekerburada yazilib normal nece ki normal elave un vurmaq lazimdir???xemir yoguran zaman???coox xaiw edirem deyerdiz?????
Rahilə (17 mart 2016 08:35)
Yumurtanın tək sarısı,ya hamısı tökülür?
Reseptaz (16 mart 2016 21:58)
Təşəkkürlər.
gulya (16 mart 2016 21:38)
Cok guzel reseptler
Firuze (16 mart 2016 19:29)
salam eziz xanimlar. Sizden xahis edirem ki, siz paxlava ve basqa sirniyyatlari yazin!!!♥
Reseptaz (15 mart 2016 21:49)
Salam. Bütün ərzaqları yarı bölün. Yumurtanı balaca olsa iki böyük olsa bir.
500 q un , 1 yumurta, 125 q yağ, 1/3 çay q maya, 1xörək qaşığı smetan (xama), yarım stəkan ilıq süd
Unun növündən asılı olaraq süd bir az az ya da bir az çox ola bilər. Nuş olsun.
Gulya (15 mart 2016 21:38)
Salam.cox xahis edirem bunun yari hissesin yazinda reseptin.yeni 40 eded yox 20 eded ucun.yarim klaqram un ucun olan resepti.ne qeder yumurta?ne qeder maya atilmalidi? Ne qeder yag?

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.