Səbzi plov






Ərzaqlar:


500 q ət
4-5 x.q əridilmiş kərə yağı
4 st düyü
3 ədəd baş soğan
1 dəstə şüyüd
1 dəstə kəvər
1 dəstə turşəng
1 dəstə cəfəri
1 dəstə dağ keşnişi
1 dəstə tərxun
Ç.q ucunda limon duzu
Zəfəran
Duz

Qazmaq üçün:

50 q kərə yağı
1 st un
1 ədəd yumurta
1/3 ç.q duz

Hazırlanması:

Düyünü təmizləyib yuyub suda islağa qoyuruq.
Doğranmış sümüksüz əti duzlu suda bişiririk. Əti ayrıca tavada yağda qovururuq.


Zəfəranın üstünə qaynar su töküb dəm almağa qoyuruq.

Göyərtiləri təmizləyib yuyub doğrayırıq.

Soğanın qabığını təmizləyib yuyub uzununa nazik doğrayırıq.

Soğanın üstünə yağ və duz əlavə edib qızılı rəngdə olanadək qovururuq.


Sonra ikisini birləşdirib üstünə limon duzu tökürük 2-3 dəqiqə də qovurub doğranmış göyərtini əlavə edirik. Ətin suyundan da az əlavə edirik.


Qoyuruq vam odda bişməyə. Suyu çəkilib yağa düşəndə hazır olacaq.

Qazmağı hazırlamaq üçün un ilə yağı ovun üstünə duzu və yumurtanı əlavə edib yumşaq xəmir düzəldirik. Xəmiri bir kənara qoyuruq.


Suyu qaynadıb, düyünü yuyub duzlu suda yarıhazır olanadək bişiririk. Sonra süzürük.
Üstünə zəfəran suyu tökürük.

Qazana az yağ əlavə edib qızdırırıq.

Qazmaq üçün olan xəmiri yayıb qazana səririk. Qazanın içində xəmirdən fiqurlar kəsirik. İstədiyiniz formada kəsə bilərsiniz.

Süzülmüş düyünü qazmağın üstünə tökürük.

Düyünün üstünə qalan zəfəran suyunu və yağ əlavə edib plovu dəm almağa qoyuruq.

45 dəqiqəyə plov dəm alacaq. Arada yoxlayıb baxmaq lazımdır ki, qazmaq yanmasın.
Plovun düyüsünü qaba yığıb üstünü səbzi qovurması və qazmaqla bəzəyirik.Qaynar yağ töküb süfrəyə veririk.

Adətən səbzi plov süfrəyə verildikdə düyüsü ayrıca xuruşu (səbzi qovurması) ayrıca verilir.



Nuş olsun!

OXŞAR YAZILAR
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
.Sobada tərəvəzli kotlet
Ərzaqlar: 500 kq çəkilmiş qoyun əti 4 ədəd balaca baş soğan 2 ədəd kök 1 ədəd bibər 4-5 ədəd pomidor 150 q pendir 1 x.q əridilmiş kərə yağı + 2
.Toyuğun döş əti ilə sobada kartoflu yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd kartof 4 x.q duru yağ 2 diş sarımsaq 50 q kaşar ya holland pendiri Duz İstiot Hazırlanması: Karto
.Toyuğun döş əti ilə bibərli yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd bibər (hər birinin yarısı) 4 x.q duru yağ 1 balaca baş soğan 50 q kaşar ya holland pendiri 3 x.q pomidor
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (03 iyun 2015 19:49)
Salam. Kəvər yoxdursa tökməsəniz də olar. Ət hansını istəsəniz istifadə edə bilərsiniz. Ümumiyyətlə azərbaycan mətbəxində ən çox qoyun ətindən istifadə olunur. Shola xanım istədiyiniz resept sayıtımızda yoxdur. Bir gün allah qoysa bişirib qoyarıq. Hamınıza təşəkkür edirəm. Çox sağ olun. Nuş olsun.
Reseptaz (03 iyun 2015 19:49)
Salam. Kəvər yoxdursa tökməsəniz də olar. Ət hansını istəsəniz istifadə edə bilərsiniz. Ümumiyyətlə azərbaycan mətbəxində ən çox qoyun ətindən istifadə olunur. Shola xanım istədiyiniz resept sayıtımızda yoxdur. Bir gün allah qoysa bişirib qoyarıq. Hamınıza təşəkkür edirəm. Çox sağ olun. Nuş olsun.
Fəridə (03 iyun 2015 19:18)
Qazmağın forması plova ayrı gözəllik verir.
Nailə (03 iyun 2015 16:15)
Salam! Gözəl reseptiniz üçün çox sağ olun. Amma mən Moskvada yaşayıram, burada kəvər çətin tapılır :( onu nə ilə əvəz etmək olar? Bir də, qoyun və mal əti qarışdırsam, olar?
Təşəkkür edirəm!
shola (10 may 2015 20:44)
Salam.Mene xacapuri resepti lazimdir.Sizde deqiq resepti varsa yazin.onceden tesekur.
Reseptaz (05 may 2015 09:22)
nuş olsun
Nilay Əlizadə (03 may 2015 14:49)
Mən Səbzi Plovu sevirəm. Əllərinizə sağlıq superdi... Hazırlamağa dəyər. Hə qızlar???
Reseptaz (30 aprel 2015 13:11)
nuş olsun
Nemiw (30 aprel 2015 09:49)
butun reseptleriniz superdi.Coxxxxxx sag olun
Aysel (27 aprel 2015 06:58)
Men de resepti oxuya oxuya oz ozume fikirlesdim ki, serhimde sual verim ki bu hansi duyudur super gorunur.. Gordum yazmisiniz.. Men plov sevmirem amma sebzi plovu ne qeder yesem doymaram..ellerinize sagliq super..!!!
aysel (25 aprel 2015 14:06)
ellerinize sagliq ela gorunur.sizden bir xaisim var qus sudu tortu hazirlayardiz cox xais edirem sag olun

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.