Sarğı burma tatlısı



(Türk mətbəxi)

Ərzaqlar:



Xəmir üçün:

4 st un

1 st ilıq süd

1 ədəd yumurta

1/2 st duru yağ

1 x.q sirkə

Ç.q ucunda duz

Şərbət üçün:

2,5 st şəkər tozu

2,5 st su

1/2 ədəd limon suyu

Üstünə kökmək üçün:

150 q kərə yağı

İç üçün:

4 st çəkilmiş qoz ləpəsi

Hazırlanması:

Birinci şərbəti hazırlayırıq. Suya şəkər tozunu əlavə edib qaynadırıq. Limon suyunu da əlavə edib yenidən 5-10 dəqiqə qaynadıb götürürük.



Yağı əridirik.



Dərin bir qaba südü, yağı, yumurtanı, sirkəni və duzu əlavə edib qarışdırırıq.



Unu az-az əlavə edib yumşaq xəmir yoğururuq.



Xəmiri 20 dəqiqə saxladıqdan sora dörd yerə bölüb kündəliyirik.



Kündənin birini götürüb nazik yuxa yayırıq.



Xəmiri 6 yada 8 yerə bölürük. Mən 8 yerə böldüm.



Üstünə 1 st çəkilmiş qozu səpirik.



Oxlov vasitəsi ilə aşağıdakı şəkildə yuxanın kəsilmiş hissələrini bükürük.







Bükülmüş yuxanı əlimizlə büzürük.



Oxlovu yuxanın içindən çıxardırıq.





Bu şəkildə hamısını düzəldib qaba yığırıq.



Üstünə əridilmiş ilıq yağı tökürük.



190 dərəcə qızdırılmış sobada 40-45 dəqiqəyə bişiririk.



Sobadan çıxardıqdan 1-2 dəqiqə keçən kimi üstünə şərbəti tökürük.



Şərbəti özünə çəkdikdən sonra süfrəyə verə bilərsiniz.





Nuş olsun!


OXŞAR YAZILAR
.Şokaladlı çizkek (cheesecake) 2
Ərzaqlar: 400 q labnə pendiri 1 paket krem qaymaq 1 st şəkər tozu 3 x.q nişasta 4 ədəd yumurta 1 paket vanil 185 q qrabiyə 125 q kərə yağı
.Kəsmikli çizkek
Ərzaqlar: 600 qr əla növ pəhriz kəsmiyi 5 ədəd yumurta 1 st şəkər tozu 1 paket 20 faizli qaymaq ( 5 x.q sos üçün) 3 x.q nişasta 1 paket vanil 1
.Sadə keks 2
Ərzaqlar: 3 ədəd yumurta 1 st. şəkər tozu 1 st. süd ½ st. duru yağ 1 paket vanil 1 paket qabartma tozu 2,5 st. un Hazırlanması: Yumurta ilə
.Şokolad kremli keks
Ərzaqlar: 3 ədəd yumurta 1 st şəkər tozu 1 st süd ½ st duru yağ 3 x.q şokolad kremi (şokolad yağı) 25 q kakao 1paket qabartma tozu 1 paket van
.Kokoslu limonlu keks
Ərzaqlar: 4 ədəd yumurta 1 st şəkər tozu 1/2 st süd 1/2 st duru yağ 1/2 st kokos 1 ədəd limon 1paket qabartma tozu 1 paket vanil 2,5 st un
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
novruz (20 mart 2016 16:04)
cox sagolunnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnn nnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnn
Reseptaz (14 mart 2016 22:22)
Təşəkkür edirik.
faiq (13 mart 2016 22:35)
xanim ela bisirmisiniz cavab yazin
Reseptaz (29 fevral 2016 22:04)
Sobaya qoyulmur. Nuş olsun.
Aysel (18 fevral 2016 16:55)
Ne olar xanim cavab yazindaa
Aysel (18 fevral 2016 14:38)
Salam xanim xaiw edirem cavab yazardiz indi biwirmek isteyirem werbeti tokub yeniden sobaya qoymaliyiq ??
Reseptaz (29 dekabr 2015 22:36)
yox elece
Afina (29 dekabr 2015 18:17)
Xanim sirkeni sodayla qabatib tokuruy yoxsa elece?
Anonim (17 oktyabr 2015 17:41)
Eladi edecem mutleq insAllah
Twkler
Reseptaz (02 sentyabr 2015 22:45)
Təşəkkür edirik. Nuş olsun.
Ayshen (29 avqust 2015 12:44)
Cox gozel sehifedi
Ayshen (29 avqust 2015 12:43)
Cox gozel sehifedi.teze teze sirniyyatlar oyrenmey olar
aynur (30 iyul 2015 19:15)
Salam buna qabarrma tozy veya droj vurulmur?
Reseptaz (01 aprel 2014 21:57)
tesekkurler, nush olsun.
sona (01 aprel 2014 19:03)
salam.necesiniz?sargi burma tatlisini hazirladim coooooox gozeldi.
Reseptaz (25 mart 2014 15:08)
Salam. şirniyyatlar bölməsində resepti var ordan baxa bilərsiniz. təşəkkürlər.
Leman (22 mart 2014 13:25)
Gece gündüz tortu resepdi necedi?
Reseptaz (11 mart 2014 10:20)
Xedice xanim, uzerine yumurta vurulmur sadece yag ve sherbet tokulur, reseptdeki ardilliq ile. icine ise sadece cekilmish qoz lepesi istifade olunur, sheker tozu sherbet ucundur.
xedice (11 mart 2014 06:43)
Bunun uzerine yumurta vurulur bele qisa sekilde cavablandirmayinde zehmet olmasaa
naara (10 mart 2014 21:56)
ay bu qesengdi hemcinin ele yazirsiniz ele basa salirsiniz ki ele bil oxuyanda bisirmis kimi oluruq bi de tesekkur
Reseptaz (10 mart 2014 18:09)
beli Xedice xanim..
xedice (10 mart 2014 16:16)
Salam zehmet olmasa cavablandirardizkii.bu sirniyatin uzerine ancag yag tokuruk yeni yumurta vurulmur uzerine??birde icliye pesok qatilmirr???? 4stekan qoza yeni. Cox sagolunn.
nurlana (06 mart 2014 06:23)
cox saqolun.men de prob edecem
Aywe (05 mart 2014 19:42)
soz
weyla (05 mart 2014 00:22)
tewekkur edirem,gozel gorunur,men bu usulla paxlava reseptini biwirmiwem,gozel alinib...
Reseptaz (01 mart 2014 21:43)
Ülviyyə xanım mən 6 faizli üzüm sirkəsi (suyu qırmızı) olandan istifadə etmişəm.Fərqi yoxdur alma sirkəsi ilə də olar.Sirkə iki növdə olur ağ rəngdə olanlar çox adam bilir şirniyyatda istifadə edilmir. Onları turşu tutma tutduqda istifadə edirlər.Şirniyyatda istifadə edilənlər suyu rəngli olur.Hamınıza təşəkkür edirəm.
Nilufer (01 mart 2014 11:22)
Salam cox sagolun ki biz cavanlara cox komek olursunuz yeni aile quranlar ucun cox super reseptlerdi qaynanlarimizin yaninda utamariq artiq TEWWEKKUR SIZLERE
ulviyye (28 fevral 2014 13:19)
Cox saq olun,sadece men russiyada uzum sirk gormemiwem , alma sirkesi var 3%, 5%, birde uksus, :) , ona gore soruwdum , yoxlayaram alma sirkesiyle gorum nece cixir
Reseptaz (27 fevral 2014 22:46)
salam. yox qoz dagilmir. yagi qaba yiqandan sonra uzerine tokuruk. sirke adi uzum sirkesi olur.
aynur (27 fevral 2014 19:56)
yaxsidi yuxarida xanim maraqlanir ki hansi sirkeden tokulur yeqinki uzum sirkesinden sohbet gedir iksus ola bilmez resepti cox beyendim
ulviyye (27 fevral 2014 09:11)
Salam , deye bilersiz bes qozu sepende sonra xemiri bukende qoz tokulmur?, xemiri paxlavadaki kimi yaqlamaq lazim deil ? Birdeki sirke hansindan ? Nece %, saq olun
Reseptaz (18 fevral 2014 22:02)
Nuş olsun. Təşəkkürlər.
heyat sensen (18 fevral 2014 00:54)
Hamiya Salamlar Duzunu desen ela gorunur insalah mende bisirerem nuw olsu
Qonaq (16 fevral 2014 20:02)
çox gözəl oldu
nihad (16 fevral 2014 19:59)
Mən bu şirniyyatı bişirdim çox dadlıdır
Reseptaz (13 fevral 2014 21:57)
Nuş olsun.Çox sağ olun.
nurane (13 fevral 2014 15:43)
cox tewekkur biwirdim ela alindi:)
guler (11 fevral 2014 17:37)
mende bisirirem qeseng de cixir

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.