Şahzadə kababı


(Türk mətbəxi)

Ərzaqlar:



500q xırda doğranmış quzu əti
2 x.q əridilmiş kərə yağı
5-6 x.q duru yağ
2 ədəd baş soğan
3 diş sarımsaq
4-5 ədəd badımcan
2 ədəd pomidor
1 ədəd qırmızı bibər
1 ədəd yaşıl bibər
1 x.q pomidor məti (tomat)
1 st qaynar su
Duz
Istiot

Hazırlanması:

Xırda doğranmış əti duzlu suda tam bişiririk.
Tərəvəzlərin hamısını təmizləyib yuyuruq.
Badımcanı qabığını aralı soyub doğrayırıq. Duzlu suda 20 dəqiqə saxlayırıq.



Bibərlərin yarısını üzünə düzmək üçün uzun doğrayırıq, yarısını isə ətin üstünə tökmək üçün xırda doğrayırıq. Pomidoru da doğrayırıq.



Soğan ilə sarımsağı xırda doğrayıb tavaya tökürük. Üstünə əridilmiş kərə yağını və az duz əlavə edib qızılı rəngdə olanadək qovururuq.



Bişmiş əti qovrulmuş soğanın üstünə töküb 5-10 dəqiqə qarışdırırıq.
Xırda doğranmış bibərləri üstünə tökürük. Düz və istiotunu töküb qarışdırırıq. Vam odda bişməyə qoyuruq.



Badımcanı sudan çıxarıb yuyub sıxırıq. Sonra duru yağda qızardırıq. Az duz səpirik.



Qızarmış badımcanı ətin üstünə töküb qarışdırırıq.



Soba qabına yığırıq.



Üstünə 1 st qaynar suya pomidor mətini töküb qarışdırıb əlavə edirik.



Doğranmış bibər və pomidorla üstünü bəzəyirik.



200 dərəcə qızdırılmış sobada yağa düşənə qədər bişiririk.




Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Yerkökü şorbası
Ərzaqlar: 5 ədəd kök 2 ədəd kartof 2 ədəd baş soğan 2 x.q. əridilmiş kərə yağı. Duz İstiot 8 st su ya da suyun yarısı ət ya da toyuq suyu H
.Şaftalı mürəbbəsi 2
Ərzaqlar: 2 kq şaftalı 2 kq şəkər tozu 1 stəkan su Hazırlanması: Şaftalını təmizləyib yuyuruq. Qabığını soyub dilimləyirik. Mürəbbən
.Qarpız mürəbbəsi
Ərzaqlar: 3 kq doğranmış qarpız 3 kq şəkər tozu 4 stəkan yarım su Hazırlanması: Bir ədəd qabığı qalın qarpız dilimləyib içini və qabığını kə
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (23 aprel 2016 10:04)
Çox sağ olun
Gulnar (22 aprel 2016 23:33)
Super ellerinize sagliq→♥

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.