Şahmat tortu



Ərzaqlar:



Adi biskvit üçün:
5 ədəd yumurta
1 st un
1 st şəkər tozu
1 paket qabartma tozu
1 paket vanil

Kakaolu biskvit üçün
5 ədəd yumurta
1 st başından 2 x.q az un
2 x.q kakao
1 st şəkər tozu
1 paket qabartma tozu
1 paket vanil

Krem üçün:
200 q kərə yağı
1 qutu qatılaşdırılmış süd
1 paket vanil
3 x.q. kakao

Hazırlanması:

Kremi hazırlamaq üçün baxın: Kakaolu krem
Yumurtanın ağını sarısından ayırıb ağını ağaranadək çalırıq.





Sonra şəkər tozunu və vanili əlavə edib bərkiyənədək çalırıq.



Yumurta sarılarını əlavə edib çalırıq.





Unu əlavə edib qarışdırırıq.



Diametri 26 sm olan qaba kağız sərib xəmiri tökürük.



180 dərəcə qızmış sobada 25 dəqiqəyə bişiririk.



Eyni qayda ilə kakaolu biskviti də hazırlayırıq.



Hər ikisini yarıya bölürük.







Yarı böldükdən sonra biskvitləri şəkildəki kimi kəsib iç-içə yığırıq.



Kəsilmiş biskvitlərin içindən ovxantı götürürük.
Hər layın arasına krem çəkirik.
Yanlarını və üstünü də kremləyirik.







Götürdüyümüz ovxantı ilə üstünü şahmat şəklində bəzəyirik.









Nuş olsun!


OXŞAR YAZILAR
.Qurabiyə tortu
Ərzaqlar: ½ banka qatılaşdırılmış süd 50 q qoz ləpəsi 50 q qara kişmiş 50 q tünd şokalad Üstü üçün: 200 q krem qaymaq 190 q tünd şokalad
.Bananlı çiyələkli tort
Ərzaqlar: Bizkvit üçün: 6 ədəd yumurta 1 st şəkər tozu 1 st un 1 paket qabartma tozu 1 paket vanil Krem üçün: bax qaymaqlı krem 3 ya da maska
.Cemli piroq
Ərzaqlar: 200 q kərə yağı 1 st şəkər tozu 2 ədəd yumurta 1 paket qabartma tozu 1 paket vanil 3 st un İçlik üçün: 200 q cem Hazırlanması:
.Qu quşu pirojnası
Ərzaqlar: 4 ədəd yumurta 1 st un 1 st süd ya su Bir çimdik duz 100 q kərə yağı Krem üçün: İstədiyiniz növdə krem istifadə edə bilərsiniz Ha
.Şokaladlı çizkek (cheesecake) 2
Ərzaqlar: 400 q labnə pendiri 1 paket krem qaymaq 1 st şəkər tozu 3 x.q nişasta 4 ədəd yumurta 1 paket vanil 185 q qrabiyə 125 q kərə yağı
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Elif Kitabzade (19 mart 2017 19:02)
Salam.Dilbər xanım mən istəyirəm ki bişirdiyim şirinyyatı orda qoyum amma bilmirəm sizin saytda qoymaq istəyirəm necə qoya bilərəm nə qədər cəhd etsəmdə olmadı yəni qoya bilmədim xaiş bir yol göstərin

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.