Şaftalı mürəbbəsi 2



Ərzaqlar:



2 kq şaftalı
2 kq şəkər tozu
1 stəkan su

Hazırlanması:

Şaftalını təmizləyib yuyuruq.
Qabığını soyub dilimləyirik.



Mürəbbəni bişirəcəyimiz qaba doğranmış şaftalını töküb üstünə şəkər tozu əlavə edirik.
Bir neçə saata suyu çıxacaq. Sonra üstünə suyu əlavə edib bişirməyə qoyuruq.



Qaynamağa başlayanda 3-5 dəqiqə qaynadıb kənara qoyuruq.

1 saat qalır.



Sonra yenidən normal odda qarışdıra-qarışdıra bişiririk. Kəfini yığırıq.



Suyu qatılaşmağa başlayanda götürürük. Qaşığı qaldıranda damcı ağırlaşıb bir damcı ikiyə keçmək istəyəndə götürürük.



Qabda tamam soyuduqdan sonra bankalara yığırıq.



Nuş olsun!


OXŞAR YAZILAR
.Qarpız mürəbbəsi
Ərzaqlar: 3 kq doğranmış qarpız 3 kq şəkər tozu 4 stəkan yarım su Hazırlanması: Bir ədəd qabığı qalın qarpız dilimləyib içini və qabığını kə
.Şaftalı mürəbbəsi
Ərzaqlar: 2 kq şaftalı 2 kq şəkər tozu 2 stəkan su Hazırlanması: Şaftalını təmizləyib yuyuruq. Qabığını soyub dilimləyirik.
.Cənnət alması mürəbbəsi
Ərzaqlar: 2 kq cənnət alması 2 kq şəkər tozu 3 stəkan su Hazırlanması: Almanı təmizləyib yuyub çəngəl ilə 2-3 yerdən deşirik. Çən
.Əncir mürəbbəsi
Ərzaqlar: 2 kq əncir 2 kq şəkər tozu 2 stəkan su Hazırlanması: Ənciri yuyuruq. Sonra bıçaqla qabığını soyuruq. Çəngəl ilə 2-3 ye
.Heyva mürəbbəsi
Ərzaqlar: 1 kq heyva 1 kq şəkər tozu 1,5 st su Hazırlanması: Heyvanı təmizləyib yuyub doğrayırıq. Doğranmış heyvalarıtəmiz yuyub üstünə qay
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Gül (21 sentyabr 2017 08:54)
Xəyalə xanım, qənd olub deyəndə çox güman ki xarlamasını nəzərdə tutursunuz. Əgər elədirsə, azca su töküb, bir az limon duzu töküb qaynatmaq bəzi mürəbbələrdə kömək edir. Şaftalını etməmişəm deyə dəqiq deyə bilməyəcəm. Hər bir halda istəsəniz yoxlayarsınız, inşəAllah düzələr.
xəyalə cəfərova (19 sentyabr 2017 10:58)
salam cavablandırdığınız üçün çox teşekkürler heyif ki sizin reseptinizi görmemişdim
Reseptaz (19 sentyabr 2017 09:20)
Salam, o mürəbbəni təkrar normala qaytarmaq olmayacaq. İnş. növbəti dəfə bizim reseptdəki kimi edin inş. yaxşı alınar
xəyalə cəfərova (18 sentyabr 2017 10:48)
mən şaftalı mürəbbəsi bişirmişdim bilmirəm harda səhv elədim mürəbbə qənd olub ne edə bilərəm?

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.